Molla Nəsrəddin Azərbaycan-2008” beynəlxalq karikatura müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi SalonundaMolla Nəsrəddin. Azərbaycan - 2008” beynəlxalq karikatura müsabiqəsinin mükafatlandırma mərasimi sərginin açılışı keçirilib. Mmüsabiqə Mədəniyyət Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO), Azərbaycan Rəssamlar İttifaqının dəstəyi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bu cür müsabiqələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb. Xalq rəssamı Azərbaycanda ilk dəfə keçirilən müsabiqədə dünyanın 50 ölkəsindən karikaturaçıların iştirak etdiyini deyib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə müsabiqəninMolla Nəsrəddinjurnalının 102 illiyinə həsr olunduğunu söyləyib. Onun sözlərinə görə, müsabiqədə 50 ölkədən 300 rəssam 1000-ə yaxın karikatura ilə iştirak edib. Bu gün açılan sərgidə müsabiqəyə göndərilmiş əsərlər arasından seçilmiş 133 ən yaxşı əsər nümayiş olunub. B.Hacızadə bildirib ki, bu əsərlər müsabiqənin kataloquna daxil ediləcək.
Qeyd edək ki, müsabiqədə üç karikaturaçı I, dörd karikaturaçı II, beş karikaturaçı III yerə layiq görülüb. Qızıl medala layiq görülən I yerin qalibləri arasında azərbaycanlı rəssam Seyran Cəfərli var. Bundan əlavə, müsabiqədə iştirak edən karikaturaçı-rəssamlardan 20-si xüsusi mükafata layiq görülüb ki, həmin rəssamların 5-i azərbaycanlıdır

Ekspress.- 2008.- 5-7 aprel.- S. 24.