"Molla Nəsrəddin: Azərbaycan-2008"

 

"Molla Nəsrəddin: Azərbaycan-2008" beynəlxalq karikatura müsabiqəsinin nəticələri məşhur karikaturaçı Andrey Feldşteyinin rəhbərlik etdiyi nüfuzlu xarici karikatura saytlarından biri olan www.cartoonblues.com saytında müzakirə olunub. APA-nın məlumatına görə, saytda Avropa və Amerika karikaturaçıları müsabiqənin iştirakçılarının karikaturaları ilə tanış olub və müsbət fikirlərini bildiriblər. Eyni zamanda İranın www.tabrizcartoons.com saytında Rahim Baggal Asgari tərəfindən müsabiqənin obyektivliyi və yüksək səviyyədə təşkil olunması haqqında geniş məqalə yer alıb. Məqalədə son illər beynəlxalq karikatura təşkilatları tərəfindən keçirilən müsabiqələrdə obyektivliyin və təşkilatçılığın aşağı səviyyədə olması ilə rastlaşdığını qeyd edən R.B.Asgari, "Molla Nəsrəddin: Azərbaycan -2008" beynəlxalq karikatura müsabiqəsinin ilk dəfə keçirilməsinə baxmayaraq, öz obyektivliyi ilə seçildiyini bildirib.

 

İki sahil.- 2008.- 19 aprel.- S. 6.