Əliyev Ə.
Cenevrədə
Azərbaycan fotoqraflarının sərgisi
açılmışdır
Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatının
Cenevrə bölməsi yanında daimi
nümayəndəliyindən AzərTAc-ın xüsusi
müxbirinə bildirmişlər ki, aprelin 18-də
Cenevrənin Milli sarayında Azərbaycan fotoqraflarının
"Mədəniyyətlərin qovuşduğu ölkə:
müxtəliflikdə qüvvə" adlı sərgisinm
təntənəli açılışı olmuşdur.
Birləşmiş
Millətlər Təşkilatı Baş katibinin müavini,
qurumun Cenevrədəki bölməsinin baş direktoru Sergey
Orconikidze çıxış edərək BMT
çərçivəsində mədəni
tədbirlərdə fəal iştiraka görə
Azərbaycan nümayəndəliyinə
təşəkkürünü bildirmiş, sərginin
təşkilinin əsas prinsipi sülh və
dözümlülük olan təşkilatla ölkəmiz arasında
əlaqələrin inkişafına əyani sübut
olduğunu xüsusi qeyd etmişdir.
Baş direktor
Azərbaycanda çoxsaylı etnik qrup və din
nümayəndələrinin yerli əhali ilə sülh
və mehriban şəraitdə yaşadığını
qeyd etmiş,- milli azlıqlara qarşı
dözümlülüyü yüksək
qiymətləndirmişdir. S.Orconikidze Azərbaycanın
zəngin etnik və dini palitrasının sərgiyə
tamaşa edənlərdə böyük təəssürat
oyadacağına əmin olduğunu bildirmişdir. O,
hazırda BMT-nin himayəsi altında keçən mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqa Azərbaycanın xüsusi
töhfələr verdiyini və "Sivilizasiya
ittifaqı" təşəbbüsünün
reallaşmasında oynadığı rolu yüksək
qiymətləndirmişdir.
Sərginin
açılışında Cenevrədə akkreditə olunmuş
diplomatilk korpusun nümayəndələri, beynəlxalq və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
İsveçrədə yaşayan və bu ölkədə
təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Azərbaycan.- 2008.- 20 aprel.- S. 9.