Vəliyev C., Allahverdiyev R.
Anı saxlamaq
üçün foto vasitədir
Məqsəd Quliyevdə fotoqraflığa həvəs
8-ci sinifdən yaranıb.
Sinif yoldaşının şəklini
çəkməsi əvvəlcə
onun 3 ay işləyib fotoaparat almasına, daha sonra isə bütün həyatını
bu işə həsr etməsinə gətirib çıxarıb:
3 ay yay tətilində işləyib,
o vaxtın pulu ilə üç
min manat topladım. Gürcüstana
gedib, özümə
fotoaparat aldım. Elə o vaxtdan
da fotoaparat mənim həmdəmimə
çevrildi. Bir müddət
Sumqayıtdakı Sintez
kauçuk zavodunda işləyən Məqsəd
1967-ci ildə elə bu müəssisənin Kauçuk qəzetində
fotomüxbir kimi fəaliyyətə başlayıb.
1974-cü ildən isə
o, Sumqayıt qəzetinin tamştatlı
fotomüxbiri kimi işə qəbul olunub. 1991-ci ildən müstəqil fotoqraf kimi fəaliyyətini
davam etdirib: Qəzetdən çıxsam
da, yaradıcılıqdan,
ictimai işlərdən
əl çəkə
bilmirəm, indi də bütün tədbirlərdə iştirak
edirəm.
Ömrünü, gününü
foto aləminə həsr edən Məqsəd Quliyevin çox dəyərli arxivi var. 1963-cü ildən bu günədək
çəkdiyi bütün
fotolar onun arxivində yer alıb. Bu mənada
Məqsəd Quliyevin arxivindəki şəkillərə
baxanda heyrətlənməmək
mümkün deyil. Təkcə bunu qeyd edək ki, onun Sumqayıtla
bağlı fotolarına
baxandə bu şəhərin necə inkişaf etdiyinin canlı şahidini çevrilirsən. Qırx
ilin fotoqrafından Sumqayıtın necə, hansı istiqamətdə dəyişdiyini soruşanda
isə o belə dedi: Sumqayıt hər il ötən illə müqayisədə
daha da gözəlləşir.
Bu mənada yaddaşa həkk olunmalı görüntüləri
də çoxalır.
Bir də görürsən ki, günəş, ay, ağaclar - təbiət insan əməyi ilə abadlaşan şəhərdə elə
gözəl mənzərələr
yaradır ki, o anı saxlamaq
istəyirsən, bax onda foto çox
kömək edir. Bir sözlə, anı saxlamaq üçün foto vasitədir. Məqsəd
bəydən o vaxtlar Sumqayıta kimlərin qonaq gəldiyini soruşanda: Sən soruş kimlər gəlməyib, onda cavab daha
qısa olar, - dedi.
Fotoqrafın fikrincə,
son vaxtlar yazıçıların, şairlərin,
sənətçilərin gəlişinin azalmasına
səbəb dövrün
gənclərinin poeziyaya,
nəsrə marağının
azalması, musiqi zövqlərinin dəyişməsidir.
Söhbətimizin sonunda
Məqsəd Quliyev gələcək planlarından
da söz açdı: Heydər Əliyevin Sumqayıt səfərlərinin hamısında
bir fotoqraf kimi çoxlu fotolar çəkmişəm.
Bu il onun
85 illik yubileyidir və mən həmin fotoları albom şəklində çap etdirmək niyyətindəyəm.
Zaman.- 2008.- 3-4 aprel.- S. 13.