Görkəmli ədib alim və pedaqoq
Mir Cəlal Paşayevin barelyefinin açılışı olmuşdur
Aprelin 26-da Bakı
Dövlət Universitetində Azərbaycan
ədəbiyyatının və elminin inkişafında
böyük xidmətləri olan görkəmli
yazıçı, alim və pedaqoq, professor Mir Cəlal
Paşayevin vaxtilə rəhbərlik etdiyi Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının önündə
barelyefinin açılışı olmuşdur.
Mərasimdə BDU-nun
rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji
fəaliyyətindən, zəngin
ədəbi irsinin əhəmiyyətindən, şəxsiyyətinin
böyüklüyündən danışmışdır. O,
40 ildən çox Bakı Dövlət Universitetində çalışmış,
1961 – 1978-ci illərdə bu
ali məktəbin Azərbaycan ədəbiyyatı
tarixi kafedrasına rəhbərlik etmiş professor Mir Cəlal
Paşayevin Azərbaycan
ədəbiyyatına və
elminə, təhsilinə
dəyərli töhfələr
verdiyini, alimin şərəfli ömür
yolunun nəsillərə
layiqli örnək olduğunu vurğulamışdır.
Sonra iştirakçılar
kafedranın iş otaqları ilə tanış olmuşlar.
Tədbirdə M.C.Paşayevin
oğulları – akademik
Arif Paşayev və professor Hafiz Paşayev, nəvəsi, BDU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru, professor Nərgiz Paşayeva iştirak etmişlər.
Xalq qəzeti.- 2008.- 27 aprel.- S. 2.