"Best model of the
world-2008"
Azərbaycan bu dəfə yarışa ciddi hazırlaşır
Ötən gün "Hyatt Recens"
otelində "Best model of Azerbaidjan-2008"
yarışması ilə
bağlı mətbuat
konfransı keçirildi.
Məlumdur ki, bu il
"Best model of Azerbaidjan-2008" rəhbərliyi
müğənni Ruhiyə
tapşırılıb. Mətbuat konfransında
Ruhi Əliyeva yarışma ilə bağlı açıqlamalar
verdi. Ruhi
çıxışı zamanı bunları söylədi: "Best model of the
world-2008" yarışmasının
Azərbaycan üzrə
rəhbəri kimi mən seçilmişəm
və bu işin öhdəsindən
gələcəyimə inanıram. Eyni zamanda gələnilki
yarışmanı da
öz öhdəmə
götürməyi düşünürəm.
Yaxın vaxtlarda isə
Azərbaycanda modellər
arasında seçim
turuna başlanılacaq
və noyabrın əvvəllərində ölkəmizin
təmsilçilərinin adları məlum olacaq". Ruhi bildirib ki, yerli seçim turlarında modellərin
nümayiş etdirəcəyi
geyimlər müğənninin
rəhbərliyi altında
yeni fəaliyyətə
başlayan "Fashion City"nin modelyerləri tərəfindən
hazırlanacaq: "Mənə
ötən ildə bu yarışmaya rəhbərlik etmək
təklif olunmuşdu.
Ancaq bu təklifi qəbul etmədim.
Düşündüm ki, bu düzgün qəbul olunmayacaq. Hamı elə
biləcək ki, bu addımı öz reklamım üçün atmışam".
Ruhinin sözlərinə
görə, yerli seçim turlarında müsabiqənin münsiflər
heyətində "Best model of the
world" yarışmasının prezidenti Erkan Özərman və onun özü də təmsil olunacaq. Digər münsiflər heyətinin adlarının
müsabiqə öncəsi
açıqlanacağını deyən Ruhi jüridə tanınmış
simaların təmsil
olunacağını vurğulayıb.
Tədbirdə iştirak
etmək üçün
Azərbaycana səfər
edən "Best model of the world" yarışmasının prezidenti
Erkan Özərman builki müsabiqəyə
qatılmaq üçün
dünyanın 90 ölkəsindən
müraciət olunduğunu
qeyd edib: "Ancaq biz bu qədər
ölkənin yarışmada
iştirakını dəstəkləmirik.
Çünki 150 modelin
birdən səhnəyə
çıxması düzgün
deyil. Bu il
modellərin yaşı
17-19 arasında olmalıdır.
Mən istəyirəm ki, müsabiqədə iştirak
edən modellərin
bu sahədə çalışmaq üçün
yaşı çatsın.
Mən ötən il Azərbaycanı
bu yarışmaya öz istəyimlə saldım. Əslində
ötən il
Azərbaycanda bu yarışma keçirilməmişdi.
Çünki 2006-cı ildə yarışma ilə bağlı bir sıra problemlər yaşandı. Mən bu
qərarı yalnız
Azərbaycan üçün
qəbul etdim".
Builki yarışmada
problemlərin olmayacağına
ümid edən E.Özərman Türkiyənin
müğənnisi Bülənt
Ərsoyun Azərbaycan
haqqında heç bir yanlış söz danışmadığını
iddia edib: "Mən onun çıxışına
baxdım və o, Azərbaycan haqqında
o cür fikirlər səsləndirməyib. Onun adından
istifadə edərək
yanlış fikirlərin
yayılması düzgün
deyil. Əgər siz onun belə bir çıxış etdiyini
deyirsinizsə, gətirib
mənə göstərin.
O, Azərbaycanı çox
sevir. Türkiyənin
heç bir vətəndaşı Azərbaycan
haqqında pis söz söyləyə
bilməz, ermənilər
haqqında isə ola bilər".
Müsabiqənin 20 ildir ki, keçirildiyini deyən
E.Özərman, 2000-ci ildən
etibarən Azərbaycanın
da bu müsabiqəyə
qatıldığını qeyd edib. Layihə rəhbəri "Best model of the world" yarışmasının final gecəsinin İstanbulda
dekabrın 29-da baş
tutacağını vurğulayıb.
Şərq.- 2008.- 30 aprel.- S. 14.