Yusifova S.

 

Berlində Azərbaycan mədəniyyətilə bağlı silsilə tədbirlər keçirilib

 

Almaniyada Azərbaycan İli proqramı çərçivəsində təşkil olunan tədbirlər bir-birini əvəz edir. Martın 28- Berlinin mərkəzində yerləşən fransız kilsəsində dahi Azərbaycan bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası nümayiş olunub. Tərlan Qorçunun bədii rəhbəri olduğu Bakı Bələdiyyə Marionet Teatrının kollektivi tərəfindən səhnələşdirilmiş musiqili tamaşanı nəinki azyaşlı almanlar burada yaşayan həmyerlilərimiz, ümumiyyətlə zaldakı hər kəs maraqla qarşılayıb.
   Tamaşa bitdikdən sonra, sənətçilərimiz onlara ünvanlanan sualları cavablandırıb, Azərbaycanda marionet teatr sənəti haqda ətraflı məlumat veriblər. Qeyd edək ki, "Arşın mal alan" operettasının marionet teatrı üçün variantı ilk dəfə 1990- ildə nümayiş olunub. İndiyədək tamaşa Fransa, ABŞ, Rusiya, Türkiyə Polşada göstərilib.
   Martın 29-da isə Berlin-Bakı Qalereyasında "9+1 - Bakının incəsənəti" vernisajı öz qapılarını incəsənət həvəskarlarının üzünə açıb. Müasir Azərbaycan incəsənətini təmsil edən doqquz rəssam bir heykəltəraşın əsərlərinin nümayiş olunduğu vernisajın açılışında nazir Əbülfəs Qarayev, "Almaniya-Azərbaycan Forumu"nun rəhbəri Otto Hauzer, Almaniyadakı səfirimiz Pərviz Şahbazov, bu ölkədə yaşayan tanınmış rəssam İbrahim Əhrari başqaları çıxış edərək, Avropa Asiya arasında körpü olan Azərbaycan incəsənətinin rəngarəngliyindən danışıblar.
   Qalereyada keçirilən növbəti tədbir isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının əsasını qoymuş ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə akademiyanın professor müəllim heyətinin əsərlərindən ibarət sərgi olacaq.
   Azərbaycan İli mədəniyyət proqramı çərçivəsində martın 29-da Berlində "Xalqın ruhu" adlı muğam axşamı da təşkil edilib. Axşamda alman musiqisevərləri məşhur xanəndə, xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova, eyni zamanda gənc sənətkarlar Aidə Əliyeva Pərvaz İbrahimlinin ifasında Azərbaycan muğamlarını dinləyiblər.
   Gənc muğam ustalarını tarda Sahib Paşazadə kamançada Toğrul Əsədullayevin müşayiətilə "Dilkəş" "Segah" təsniflərini, "Qarabağ şikəstəsi"ni ifa ediblər. Alim Qasımov Fərqanə Qasımova "Çahargah" muğamını xalq mahnılarımızı oxuyublar. Muğamlar səsləndikcə səhnənin kənarında qurulmuş ekranda qəzəllərin alman ingilis dilində tərcüməsi nümayiş etdirilib.
   Mədəniyyət proqramının açılışı çərçivəsində martın 30-da Berlində sonuncu tədbirlər həyata keçirilib. Əvvəlcə "Konzerthaus Berlin" mədəniyyət evində Azərbaycan Dövlət Kamera orkestrinin müşayiətilə "Gənc mahir sənətkarlar" adlı konsert olub.
   Həmin gün "Caz klub b-flat" musiqi evində Azərbaycanın tanınmış caz sənətkarı Salman Qəmbərov onun rəhbərlik etdiyi "Bakustik Jazz" ansamblı konsert verib.

 

525-ci qəzet.- 2008.- 2 aprel.- S. 7.