Bu klip xaricdə
nümayiş olunur
Klassik mahnıların ifaçısı Azərin "Bağışlama bizi, Vətən" adlı klipin çəkilişlərini artıq çoxdan yekunlaşdırıb. Sözləri Rəsmiyyə Sabirə, musiqisi Eldar Mansurova aid olan klip
yerli telekanallara təqdim olunsa
da, yayımlanmadı. Lakin Türkiyə kanallarında bu
kifayət qədər "raskrutka" olunur. Vətənpərvərlik ruhunda
mahnılara ehtiyac duyulduğunu deyən Azərin xanım
təəssüf hissilə qeyd etdi ki,
telekanallar bunun səbəbini guya xalq
tərəfindən bu
tip mahnılara tələbatın olmaması ilə izah edirlər.
Əsəblərini cilovlaya bilməyən
müğənni "başa düşə bilmirəm ki, niyə xaricdə klip yayımlanır,
bizdə yox?" deyə
əlavə etdi. Qeyd edək
ki, klipdə Azərbaycanın indiyə qədər işğal olunan rayonları, ölkəmizdə
törədilən faciələr, qaçqın və köçkünlərin həyatı əks
olunub. Müğənninin sözlərinə görə, bu, aktual
mahnı olduğundan Xocalı soyqırımı, "20 Yanvar" və digər faciələrdə bunu nümayiş
etdirmək olar: "Bu rolikdə mən ifa etdiyim
vokalizin üzərində "Bağışlama bizi, Vətən" şerini də söylədim. Sonra
biz bunu sayta yerləşdirdik. Mahnını saytda gördülər və Amerikadan bizə dəvət gəldi ki, biz
bunu onlara göndərək. Sonra bu mahnıya klip çəkdirdik və onlara göndərdik və
titrdə gedən sözləri ingilis
dilinə də tərcümə etdirdik. Klip 26 fevral Xocalının işğalı günü ilə bağlı Amerikada təşkil olunmuş konfransda belə ictimaiyyətə təqdim edilib
Üç nöqtə.-2008.- 18 aprel.-
S. 13.