Məhərrəmova T.

 

Daha bir ekran əsərinin sənədləri fonda əlavə olundu

 

Bu, "Uzaq sahillərdə" filminin Rusiyada premyerası zamanı çəkilmiş foto arxivlərdir

 

Dövlət Film Fondu öz arxivinə daha bir ekran əsərinin sənədlərini əlavə edib. Bu, Tofiq Tağızadənin lentə aldığı "Uzaq sahillərdə" filminin Rusiyada premyerası zamanı çəkilmiş fotoarxivlərdir. Ekran əsərində rol almış aktyor Boqulyovun Ukraynada yaşayan ailəsinin fonduna hədiyyə etdiyi fotoşəkillər 1958-ci ili əhatə edir.

Tamaşaçılar bu şəkilləri aprelin ortalarında təşkil olunan sərgidə izləyə biləcək. İmran Qasımov Həsən Seyidbəylinin eyni adlı povesti əsasında lentə alınmış filmdə İkinci Dünya müharibəsi illərində İtaliya ərazisində partizan dəstəsində vuruşan azərbaycanlı Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edilir. Cəbrayıl Əzimov Kamil Nəcəfzadənin rəssamı olduğu ekran əsərində Nodar Şaşıqoğlu, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Aleksandr Fayt kimi aktyorlar rol alıblar.

 

Səs.- 2008.- 2 aprel.- S. 12.