Azərbaycanda Misir mədəniyyəti günləri başlanmışdır

 

Aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur.
Mədəniyyət günləri Misirin Bakıdakı səfirliyinin Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əliqismət Lalayev Azərbaycan ilə Misir arasında dostluq əlaqələrinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etdiyini ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirmişdir. Natiq mərasimin R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsinin təsadüfi olmadığını vurğulamış böyük sənətkar Rəşid Behbudovun xalqlarımız arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərindən danışmışdır.
Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif Əhməd əl-Şarkavi qədim köklərə malik Misir-Azərbaycan dostluq əlaqələrinin ulu öndər Heydər Əliyevin 1994-cü ildə, Prezident İlham Əliyevin 2006- ildə Misirə tarixi səfərlərindən sonra daha sürətlə inkişaf etdiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, bu dostluğun sevginin əlaməti olaraq Misirin görməli yerlərindən birində Heydər Əliyev parkı salınmış həmin parkda ulu öndərin abidəsi ucaldılmışdır. Səfir Xırdalan şəhərində Hüsnü Mübarək bağının salınmasını abidəsinin qoyulmasını yüksək qiymətləndirmişdir.
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş mədəniyyət günlərinin proqramının zəngin olduğunu bildirmişdir. Azərbaycanda Misir mədəniyyəti günləri çərçivəsində dost ölkənin rəssamlarının əsərlərindən ibarət sərgilər açılacaq, incəsənət ustalarının konsertləri digər mədəniyyət tədbirləri təşkil olunacaqdır. Bu cür tədbirlər Sumqayıtda da keçiriləcəkdir.
Tədbirin sonunda Misirin mədəniyyət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycanda Misir mədəniyyəti günləri aprelin
23-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2008.- 22 aprel.- S.4.