"Həqiqətin
özü" tammetrajlı
sənədli filmi
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi "Salnamə" sənədli
filmlər studiyası
iki ilə yaxın araşdırma apardıqdan sonra təqribən ötən
ilin əvvəllərində
başladığı və
ermənilərin Türkiyədə,
o cümlədən Cənubi
Qafqazda törətdiyi
soyqırım faktlarını
ortaya qoyan "Həqiqətin özü"
adlı tammetrajlı sənədli filmi tamamlamaq üzrədir. Əslən təbrizli həmyerlimiz olan, lakin uzun illərdir
Türkiyədə çalışan
iş adamı, ziyalı bir şəxsin - Əli Poladın maliyyə və mənəvi dəstəyi ilə reallaşan filmin rejissorları Tofiq Məmmədov və İqbal Məmmədəliyev,
ssenari müəllifi və aparıcı Ankarada doktorluq dissertasiyası üzərində
çalışan gənc
azərbaycanlı alim
Toğrul Vəli,
operator Köçəri Məmmədov,
montaj Fərid Axundov, redaktoru Xafiz İmamnəzərli,
icraçı prodüser
Kamil Məmmədovdur.
Belə ki, Birinci Dünya müharibəsində imperiya
güclərinin oyuncağına
çevrilən ermənilərin
bütün dünyaya
car çəkdikləri qondarma
erməni soyqırımı
və eləcə də günümüzün
problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları
uydurma bəyanatların
hansı mənbədən
qaynaqlandığını ortaya qoyan "Həqiqətin özü"
filmi osmanlı və azəri türkcəsində ərsəyə
gəldi. Filmin çəkilişləri Türkiyənin bir çox şəhərlərində,
Filmdə iştirak
edənlərin siyahısı:
1.Dr. Ataxan Paşayev (Azərbaycan)
2Dr. Solmaz Tohidi (Azərbaycan)
3. Dr. Quram Marxuliya (Gürcüstan)
4. Yuliya İvanova (Odessa Universitetinin
elmi işçisi)
6.Dr. Erik Fayql (Avstriya)
7.Prof. Dr. Sadiq
Kamal Tural (Türkiyə-İstanbul)
8.Dr. Tüncay Öğün (Türkiyə-Van)
9. Hüseyn Qaradağ (Türkiyə-Van)
10.Dr. Əli Kafkasyalı (Türkiyə-Ərzurum)
11.Dr. Erol Kürçüoğlu (Türkiyə-Ərzurum)
12.Prof. Dr. Nurşən Mazıçı
(Türkiyə-İstanbul)
13.Dr. Nurhan Aydın (Türkiyə-Sarıkamış)
14.Şenol Kantarcı
(İstanbul-TURKSAM)
Bu çıxışlardan
əlavə müxtəlif
şəhərlərin sakinlərinin,
ziyalılarının müsahibəsi
və Anadolunun ucqar dağ kəndlərinin yaşı
100-ü ötən sakinlərinin
də o dövrlə bağlı xatirələri
filmdə yer almışdır.
İzləmə müddəti
82 dəqiqə olan
film televiziyada yayım
üçün nəzərdə
tutulmuş DvCAM video formatında, ekran ölçüsü 4x3 olmaqla,
iki səs kanalı stereo olan rəqəmli daşıyıcıya
köçürülmüşdür. Filmin yayım hüquqları istehsalçı şirkətə
və Əli Polada məxsusdur.
Respublika.- 2008.- 3 aprel.- S. 6.