Azərbaycanda Misir rəssamlarının bədii
plastik incəsənət
sərgisi nümayiş
etdirilmişdir
Aprelin 21-də Bədii
Sərgi Salonunda Azərbaycanda Misir mədəniyyəti
günləri çərçivəsində misirli rəssamların
plastik incəsənət sərgisi nümayiş
etdirilmişdir.
Sərgidə xanım
sənətkarların - Hanan
əl-Şeyx, Marva əl-Şazli,
Asmaa əl-Navavi və Ramia əl-Helvinin
fəlsəfi-didaktik mövzuda əl işləri maraqla qarşılanmışdır.
Abstrakt təsəvvür
gücünə malik
Hanan əl-Şeyxin əsərləri
daha çox maraq doğurmuşdur. Onun əsərlərində, əsasən,
konfliktin həllində
və həyat uğrunda mübarizədə
ağlın qələbə
çalacağına inam
təbliğ olunur.
Əsasən qırmızı
və yaşıl rənglərdən istifadə
edən Marva əl-Şazli həndəsi predmetlərlə
ideyanın tamaşaçıya
çatdırılmasına nail olmuşdur.
Dünyanın ağ-qara, xeyir
və şərdən
ibarət olduğunu göstərən Asmaa əl-Havavinin əsərlərində ana-qadın obrazı "xeyir mələk" anlamını yaratmışdır.
İllüziyaya qapılaraq,
bütün problemlərin
həllini rənglərin
dili ilə verməyə çalışan
Ramia əl-Helvinin də əsərləri janr
və formasına görə yenilikdən xəbər verir.
Sərgidəki qeyri-adilik,
saflıq və həqiqətə inam hissi tamaşaçılarda
rəğbət hissi
oyatmışdır.
Azərbaycan.-2008.- 22 aprel.- S.4.