Qarabağla bağlı sənədli film

 

TRT-nin Bakı təmsilçiliyi Türk dünyasının ən önəmli problemlərindən olan Qarabağla bağlı sənədli filmlər hazırlayıb. Bu filmlərdə canını vətənin azadlığına fəda edən azərbaycanlılardan bəhs olunur. Üç bölümdən ibarət olan "Qarabağın qadınları" adlı filmdə Qarabağ müharibəsinə könüllü qatılan qadınlar baş verənlər haqqında danışırlar. Filmin iki hissəsi müharibənin qaynar nöqtəsində iştirak edən qadınlara, üçüncü hissəsi isə müharibədə tibb bacısı kimi fəaliyyət göstərənlərə həsr olunub.

 

Səs.- 2008.- 4 aprel.- S. 12.