Mükərrəmoğlu M.

 

Dövlət Film Fondunun arxivi zənginləşir

 

Mədəniyyətimizin ayrılmaz hissəsi olan kino sənətinin tarixi, onun yaradıcıları barədə materialların toplandığı Mədəniyyət Turizm Nazirliyinin Dövlət Film Fondu son illər yeni materiallarla zənginləşdirilmişdir.
SSRİ dağılandan sonra müstəqil Azərbaycan kinosunun arxivini yaratmaq məhz bu idarəyə həvalə olunmuşdur. Fəaliyyət göstərdiyi müddət ərzində fondun kollektivi ciddi axtarışlar nəticəsində milli kinomuzun çox qiymətli materiallarının toplanmasında böyük əmək sərf etmişdir. Belə ki, bu vaxta kimi onlarla filmimiz MDB ölkələrindən gətirilmiş, xeyli kino materialı toplanmışdır. Bu yaxınlarda isə Tofiq TağızadəninUzaq sahillərdəfilminin Moskvada premyerası zamanı çəkilmiş fotokadrlar fonda daxil edilmişdir. Filmdə əsas rollardan birinin (Veselin) ifaçısı ukraynalı Y. Boqolyubovun ailəsinin fonda hədiyyə etdiyi bu foto-arxiv 1958-ci ildə çəkilmişdir.
Bu fotolar arasında filmin nümayişindən sonra yaradıcı heyətlə görüşlərin maraqlı məqamları vardır.

Xalq qəzeti.- 2008.- 9 aprel.- S. 7.