Kino xadimi
Dinarə Kərəməklinin
60 yaşı
tamam olub
Tanınmış jurnalist, şairə
və ssenarist Dinarə Kərəkməzli
ömrünün 6-cı
onilliyinə yekun vurub. Gürcüstanın Marneuli rayonunda
anadan olmuş şairə Bakıda orta məktəbi bitirdikdən sonra M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu müvəffəqiyyətlə
başa vuraraq 1977-ci ildən "Azərbaycanfilm"
kinostudiyasında çalışmağa
başlayıb. Ömrünün
yarıdan çoxunu kinoya həsr edən D. Kərəkməzli
bir çox sənədli, televiziya və cizgi filmlərinin
ssenari müəllifi olub.
D.Kərəkməzli
tanınmış rejissor
Rasim Ocaqovun, Eldar Quliyevin, Teymur Bəkirzadənin, Zaur Məhərrəmlinin,
Hüseyn Mehdiyevin çəkdiyi filmlərin
yaradıcılıq prosesində
iştirak edərək
əsərlərin ərsəyə
gəlməsində sənətçilərə
tövsiyələrini verib.
"Salam",
"Quşlar oyananda",
"Əncirin dadı"
adlı poetik kitabların müəllifi
D.Kərəkməzli həm
də kinoda yüksək peşəkarlıq
nümunəsi olan, kinematoqrafın bütün
proseslərində aktiv
iştirak edən, mətbuatda öz jurnalist qələmi ilə yüzlərlə yazı çap etdirərək sənətçiləri və
yaradıcı prosesi oxuculara çatdırıb
geniş işıqlandıran
sənətçi kimi
tanınır.
Professional Kinorejissorlar
Gildiyasının ssenari
bölməsinin üzvü
olan D.Kərəkməzli
sözügedən qurum
yarandığı gündən
onun təşkilində
və formalaşmasında
aktiv iştirak edərək yeni yaradıcı münasibətlərin
qurulmasında, müəllif
hüquqlarının qorunmasında
öz əməyini əsirgəməyib. Gildiyanın
yubilyara təbrikində
D.Kərəkməzli milli
kinematoqrafın ictimai
həyatında fəal
iştirak edən, hər zaman yaradıcılıq axtarışlarında
olan, həmkarları tərəfindən sevilən
insan kimi dəyərləndirilir. Qurumun
rəhbərliyi və
üzvləri D.Kərəkməzlini
yubileyilə bağlı
təbrik edir, ona cansağlığı
və yeni uğurlar diləyirlər.
Biz də bu arzulara qoşulmaqla
dəyərli həmkarımızı
təbrik edirik.
525-ci
qəzet.- 2008.- 15 aprel.- S. 7.