Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi
Qaydaları”na əlavə və dəyişikliklər edib
"Daşınar
əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi
və aparılmast Qaydaları"nın təsdiq edilməsi
barədə" Azərbaycan prezidentinin 2007-ci il 11 aprel
tarixli fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin
qərarı ilə "Filmlərin yayımı və
nümayişi Qaydaları"na əlavə və dəyişikliklər
edilib.
Nazirlər
Kabinetindən verilən məlumata görə, bu Qaydalar
mülkiyyət formasından, buraxılış vaxtından
və yerindən, texnikasından və istehsal üsullarından
asılı olmayaraq, milli, xarici və ya
müştərək bədii, xronikal, sənədli,
elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda
çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya
və zorakılıq təbliğ edən filmlərin
yayımının qarşısının alınması,
tamaşaçı auditoriyasının yaş
kateqoriyalarının müəyyənləşdirilməsi
məqsədi ilə Azərbaycan ərazisində bütün
filmlərin yayımı və nümayiş etdirilməsi
qaydalarını müəyyən edir və bu bənddə
yer alan "kinozal, videozal, videoyayım
məntəqələri vasitəsilə" sözləri
çıxarılır.
Yeni Qaydalara
əsasən, filmi dövlət reyestrinə daxil etdirmək
üçün mülkiyyətçi və ya filmdən
istifadə hüququnu həyata keçirən şəxsin
təqdim etdiyi sənədlərin arasında filmin texniki
tələblərə cavab verən surəti ilə
yanaşı, onun milli, irqi və ya dini
düşmənçiliyin yaradılmasına
yönəlmədiyi, həmçinin pornoqrafiya və
zorakılığı təbliğ etmədiyi barədə
də məlumat olmalıdır. Qeyd edək ki, dövlət
reyestrinin aparılması və qeydə alınmış
filmlərin surətlərinin saxlanılması qaydaları
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müəyyən edilir.
Ekran efir.- 2008.- 4 aprel.- S. 2.