Sarıyeva İ.
Həmyerlimiz Fuad Şabanovun
erməni aktyoru barədə film çəkməyi az
imiş...
Bəzi rəsmilər
Azərbaycan müəlliflərinin hüquqlarının ciddi
şəkildə qorunduğunu iddia etsələr də, son
dövrün müşahidələri bunun əksini düşünməyə
əsas verir. Bir neçə ay əvvəl Amerika səsyazma
şirkətlərinin birində klassik Azərbaycan
bəstəkarlarının bir neçəsinin
əsərlərindən ibarət SD buraxılmış
və burada yer alan əsərlər erməni musiqisi nümunələri
kimi təqdim edilmisdi.
Həmin ərəfədə ORT kanalında böyük Azərbaycan bəstəkarı Tofiq Quliyevin məşhur «Sənə də qalmaz» mahnısı erməni mahnısı kimi təqdim edildi. Əslində, birinci dəfə deyil ki, ORT kanalı Azərbaycan bəstəkarlarının mahnılarını erməni musiqisi kimi təqdim edir. Analoji hal dəfələrlə təkrar olunub. Lakin buna qarşı heç bir tədbir görülməyib. Ermənilər bütün dünyada Azərbaycan musiqisini öz adına çıxır, biz isə buna beynəlxalq səviyyədə təpgi göstərmək əvəzinə, ağzımıza su alıb susuruq. Elə bil ki, bizim yerimizə kimsə danışmalı, haqqımızı bərpa etməlidir. Məlum olduğu kimi, bəstələri oğurluğa məruz qalan bəstəkarlardan biri də Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi Eldar Mansurovdur. E.Mansurovun mahnıları təkcə ermənilər tərəfindən deyil, bir sıra başqa xalqlar tərəfindən də mənimsənilib. ORT-nin yayımladığı «Gözlə məni» verilişində də E.Mansurovun məşhur «Melodiya» bəstəsi müəllifsiz musiqi nümunəsi kimi təqdim edilib. «Day.az» saytının yaydığı məlumata görə, Moskvada yaşayan həmyerlimiz, kinorejissor Fuad Şabanov «qəhrəman»lıq nümayiş etdirərək, ORT-dən də irəli gedib və erməni aktyoru Frunzik Mkırtıçyan haqqında çəkdiyi sənədli filmdə,,«Gecə zəngləri»lə yanaşı, E.Mansurovun sözügedən mahnısından da istifadə edib və bu mahnını erməni mahnısı kimi təqdim edib.
Olayla bağlı
E.Mansurovun mövqeyini
öyrənmək istədik.
Eldar müəllim bizimlə söhbətində
Fuad Şabanovun filminə münasibət bildirmək istəmədi.
ORT-nin onun mahnısına bəslədiyi
münasibətə gəldikdə,
o, «Mən o kanalı suçlaya
bilmərəm. Onlar mənim mahnımı səsləndirib adımı
elan etmirlər. Gəlin, Azərbaycan telekanallarına, radiolara fikir verək, bəyəm onlar mahnını elan edəndə onun müəlliflərinin adını
çəkirlər? Əlbəttə
ki, yox. Nə televiziyalarda, nə də radiolarda səslənən
mahnıların müəlliflərinin
adı çəkilmir.
Musiqini eşidən onun müəlliflərinin
kimliyini bilmir.
Nə vaxt ki, bizdə televiziyalar, radiolar
mahnı müəlliflərinin
adını qeyd ediləcək, «bu mahnının müəllifləri
filankəslərdir» deyəcək,
onda xarici telekanallar da biz
müəlliflərə hörmətlə yanaşacaq.
Və bizim mahnıları verəndə
adımızı çəkəcəklər.
Bəstəkarlara
müəllif kimi öncə öz ölkəmizdə
hörmət edilməlidir. Dövlətdə qanun
olmalıdır ki, efirə verilən musiqinin sözlərinin
və musiqisinin kimə məxsus olduğu elan olunsun. Sovet
dövrünü bəyənmirik, deyirik ki, imperiyadır. Amma
o dövrdə mahnı müəlliflərin hüquqları
daha yaxşı qorunurdu - deyə E.Mansurov bildirdi.
Bakı xəbər.- 2008.- 25 aprel.- S. 15.