Həsənağa
Turabovun 70 illiyi qeyd edildi
Tədbirdə aktyorun
çəkildiyi filmlərdən
fraqmentlər nümayiş olundu
Xalq artisti,
dövlət mükafatı laureatı, "Şöhrət" ordenli aktyor Həsənağa Turabovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilirdi. Tədbirin aparıcısı kinoşünas Aydın Kazımzadə
onun yaradıcılıq yollarına nəzər salaraq çəkildiyi filmlərdən
söhbət açdı. Tədbir çərçivəsində onun
indiyə qədər çəkildiyi filmlərdən
fraqmentlər nümayiş olundu. Tələbəlik illərindən
ömrünün sonuna
qədər Akademik Milli Dram Teatrında çalışan Həsənağa Turabov teatr səhnəsində fəaliyyətə
epizodik rollarla başlayıb. O, "Qara daşlar", "Telefonçu qız",
"İstintaq davam
edir", "Sən niyə susursan?",
"Sevil" bədii filmlərində epizodlara
çəkilib. Tezliklə ona əsas rollar
həvalə olunur, beləliklə, aktyorun kinoda ilk böyük
rolu "Yeddi oğul istərəm" filmində Gəray bəy obrazı olur. Bununla
da məşhurlaşan aktyor 50-dən artıq
filmdə müxtəlif xarakterli surətlər
yaradır. Bunlardan Kəbirlinski ("Dantenin yubileyi"), Afşin ("Babək"), Üçgöz
Cəfər ("Qorxma, mən səninləyəm"), Qaçaq Nəbi ("Atları yəhərləyin"), Əsəd
("Bəyin oğurlanması"), Qəzənfər Mamedoviç
("Yaramaz") və
digərlərini göstərmək olar.
Üç nöqtə.- 2008.- 29 aprel.- S. 13.