Ağaoğlu T.
Ekran əsərlərində
yaşayanlar
Milli kino sənətimiz
110 ildir yol gəlir. Bu müddət ərzində
yaranan ekran əsərləri müxtəlif
dövrlərin, talelərin
əyani təsvirləri
kimi baxılır, tarixi olayları, hadisələri göz öniində canlandırır.
Həmin bədii, tammetrajlı, sənədli
filmləri lentə alanlardan biri də gərgin əməyi ilə tanınan, istedadlı kinooperator, Əməkdar incəsənət xadimi, respublika Dövlət mükafatı laureatı Teyyub Axundov olmuşdur. O, artıq cismən aramızda yoxdur. Lakin xidmətlərinə
görə unudulmur, dönə-dönə xatırlanıb, yad olunur. Anım günündə onun haqqında eşitdiyimiz ürək sözləri də fikrimizi təsdiqləyir.
Azərbaycan
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət
xadimi Camil Quliyev:
- Teyyub Axundov 1920-ci ildə anadan olmuşdur. O, 15 yaşında
kinostudiyada əmək
fəaliyyətinə başlamış-dır.
Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
operatorluq fakültəsini
bitirmişdir. 50 ildən artıq kino sahəsində çalışmış, 20-yə qədər bədii filmi lentə almışdır. "Görüş",
"Mahnı belə yaranır", "Qnu bağışlamaq olarmı?",
"Romeo mənim qonşumdur",
"Sehrli xalat",
"Dağlarda döyüş",
"Şərikli çörək",
"Qatır Məmməd",
"Tütək səsi",
"Birisigün gecəyarısı",
"Alman klinikasına
şəxsi səfər"
filmlərinin quruluşçu
operatoru olmuşdur.
Teyyub Axundov İkinci dünya müharibəsi zamanı ağır döyüş yolu keçmişdir. O, yaxşı sənətkar olduğu kimi, qayğıkeş də insan idi.
Gənc həmkarlarına məsləhətlər
verər, onlardan köməyini əsirgəməzdi.
Onun quruluşçu operator olduğu
"Birisigün gecəyarısı"
bədii filminin yaradıcı heyəti Dövlət mükafatına
layiq görülmüşdür.
Hüseyn Mehdiyev,
Əməkdar incəsənət
xadimi, kinooperator:
- Teyyub Axundov "Azərbaycanfilm"
kinostudiyasında məktəb
yaratmışdı. Bu gün tanınan, ad-san qazanan əksər kinooperatorlar sənətin
sehrini, sirrini ondan öyrəniblər.
Müsbət insani keyfiyyətlərinə,
yaradıcılığına görə ustad bildiyimiz sənətkar heç vaxt unudulmayacaq.
Azərbaycan.- 2008.- 5 aprel.- S. 4.