Əliyev Ə.

 

Azərbaycan dünya mədəniyyətinə layiqli töhfələr verməkdədir

 

Bu fikir Azərbaycanın Bəstəkarlar İttifaqının sədri, Xalq artisti bəstəkar Firəngiz Əlizadəyə YUNESKO-nun "Sülh naminə incəsənət xadimi" adı verilməsi münasibətilə aprelin 3-də Parisdə qurumun mənzil-qərargahında keçirilmiş mərasimdə dəfələrlə səslənmişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdən əvvəl YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Baş direktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə təhsil problemi ilə bağlı may ayında Bakıda keçiriləcək regional konfransla əlaqədar Azərbaycana səfər edəcəyini xatırlatmış, səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyinə ümidvar olduğunu bildirmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev səmimi qəbul üçün baş direktora təşəkkur etmiş, ölkəmizin həyatında mühüm hadisə olacaq konfransa ciddi hazırlıq getdiyini diqqətə çatdırmış, azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin YUNESKO tərəfindən "Sülh naminə incəsənət xadimi" adına layiq görülməsini Azərbaycan xalqının mədəniyyətinə və incəsənətinə verilən yüksək qiymət olduğunu demiş, bəstəkarın əsərlərinin yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda ölkəmizin zəngin incəsənətini layiqincə təmsil etdiyini və bu adın Azərbaycan üçün böyük şərəf olduğunu xüsusi vurğulamışdır.

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev ingilis dilində yenicə çapdan çıxmış "Şekspir komediyası" əsərini baş direktora təqdim etmişdir.

Koişiro Matsuura isə YUNESKO ilə bağlı kitabla E.Əfəndiyevə F.Əlizadəyə bağışlamışdır.

Baş direktor Azərbaycan nümayəndə heyəti ilə xatirə şəkli çəkdirmişdir.

Görüşdə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova iştirak etmişdir.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, bəstəkar Firəngiz Əlizadəyə nüfuzlu beynəlxalq təşkilatın "Sülh naminə incəsənət xadimi" adı verilməsi münasibətilə mərasim keçirilmişdir.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın məqsədyönlü fəaliyyəti sayəsində son illər ölkəmizlə rəhbərlik etdiyi qurum arasında əlaqələrin daim inkişaf etdiyini, Mehriban xanımın xidmətləri nəticəsində Azərbaycan muğamının Şah əsərlər siyahısına daxil edildiyini, Bakıda Muğam Mərkəzinin yaradıldığını qeyd etmişdir.

Azərbaycanın dünya mədəniyyətinə incəsənətinə layiqli töhfələr verdiyini xüsusi vurğulayan Koişiro Matsuura Firəngiz Əlizadənin YUNESKO-nun 60 illiyi tədbirlərində fəal iştirakını xatırlatmış, müasir musiqi nümunələrinin yaranmasındakı xidmətlərini sadalamış, milli musiqimizi dünyada tanıtmaq sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş, bəstəkarm bir çox beynəlxalq mükafatlara layiq görüldüyünü bildirmişdir.

YUNESKO-nun baş direktoru K.Matsuura "Sülh naminə incəsənət xadimi" fəxri adının diplomunu professor F.Əlizadəyə təqdim etmişdir.

Firəngiz Əlizadə onun əməyinə verilən qiymətə görə qurumun rəhbərliyinə təşəkkürünü bildirmiş, bu adın onun üçün böyük şərəf olduğunu, yüksək mükafatın onu daha gözəl əsərlər yazmağa Azərbaycan musiqisini bütün imkanları daxilində hərtərəfli təbliğ etməyə ruhlandırdığını qeyd etmişdir.

Bəstəkar ölkələr, etnik qruplar dinlər arasında münaqişələrin aradan qaldırılmasında müsiqinin böyük rol oynadığını xatırlatmış, musiqinin dilinin universal olduğunu insanların bu dili asanlıqla başa düşdüyünü, Azərbaycan musiqisinin zəngin ənənələrə və böyük tarixə malik olduğunu gənc nəslə estetik zövqün aşılanmasında musiqinin əhəmiyyətini vurğulamışdır.

Baş nazirin müavini Elçjn Əfəndiyev müasir Azərbaycanın böyük bəstəkarlarından biri, görkəmli incəsənət xadimi Firəngiz Əlizadənin YUNESKO-nun ən yüksək adına layiq görülməsini xalqımız üçün mühüm hadisə olduğunu qeyd etmiş bunun ilk növbədə Firəngiz Əlizadənin istedadının nəticəsi kimi dəyərləndirmiş, bu adın Firəngiz Əlizadənin timsalında bütün Azərbaycan bəstəkarlıq məktəbinə, Azərbaycan mədəniyyətinə verilən bir qiymət olduğunu söyləmişdir.

Elçin Əfəndiyev Azərbaycanın 70 il ərzində Sovet İttifaqı deyilən qapalı bir cəmiyyətin tərkibində olmasına baxmayaraq, mədəniyyətini qoruyub saxladığını inkişaf etdirdiyini, SSRİ-nin süqutundan sonra ölkəmizin müstəqilliyini bərpa etdiyini, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi daxili xarici siyasətin ən əsas istiqamətlərindən birinin Azərbaycanın dünya birliyinə inteqrasiyasın təşkil etdiyini bu məsələdə mədəniyyətin mühüm rol oynadığını xüsusi vurğulamışdır. Baş nazirin müavini demişdir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası, millı mədənıyyətımızın beynəlxalq aləmdə təbliği dövlətimizin başçısı İlham Əliyevin daxili xarici siyasətinin əsaslarından biridir.

Azərbaycanda sürətli inkişaf prosesinin getdiyini diqqətə çatdıran E.Əfəndiyev, bunun həyatın müxtəlif sahələrində, o cümlədən mədəniyyətdə özünü göstərdiyini qeyd etmiş, Azərbaycan mədəniyyətinin Avropa mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyətinə inteqrasiya prosesinin son dərəcə sürətli bir templə inkişaf etməkdə olduğunu bildirmişdir.

E.Əfəndiyev YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun YUNESKO ideyalarının həyata keçirilməsində çox yüksək nəticələr əldə etdiyini xüsusi vurğulamışdır.

Baş nazirin müavini Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyinə, bir milyondan artıq azərbaycanlının öz Vətənində qaçqın məcburi köçkünə çevrildiyinə baxmayaraq, ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin sürətlə inkişaf etdiyini bəstəkar F.Əlizadənin YUNESKO kimi çox nüfuzlu beynəlxalq təşkilatın yüksək adına layiq görülməsinin bunun əyani nümunəsi olduğunu söyləmişdir.

Mərasimin sonunda  mühüm hadisə ilə bağlı Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyi tərəfindən ziyafət verilmişdir.

 

Respublika.- 2008.- 5 aprel.- S. 5.