Azərbaycanda Moldova mədəniyyəti günləri
başlanmışdır
Aprelin 23-də Səttar Bəhlulzadə adına Sərgi Salonunda Azərbaycanda Moldova mədəniyyəti
günləri çərçivəsində
moldovalı rəssam İqor Sverneyin rəsm sərgisi açılmışdır.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev Azərbaycan və Moldova prezidentlərinin görüşünün
ölkələrimiz arasında
qarşılıqlı əməkdaşlığın
inklişafına böyük
töhfələr verəcəyini
vurğulayaraq əlaqələrin
mədəniyyət sahəsində
də genişlənəcəyini bildirmişdir.
Nazir bu tarixi hadisənin teatr, musiqi, rəssamlıq və incəsənətin digər
sahələrində münasibətlərin
qurulmasına müsbət
təsir edəcəyini
vurğulamışdır.
Moldovanın mədəniyyət və turizm naziri Artur Kozma
dost Azərbaycan xalqının qonaqpərvərliyindən
razılıqla danışmışdır.
Ötən il Moldovada Azərbaycan mədəniyyəti günlərinin
keçirildiyini qeyd edən nazir Kişinyov şəhərində
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin büstünün
qoyulduğunu bildirmişdir.
Nazir bunu Moldova hökuməti və xalqı tərəfindən Azərbaycan
mədəniyyətinə və
ədəbiyyatına göstərilən
hörmət kimi qiymətləndirmişdir.
Rəssamlıq Akademiyasının
rektoru, xalq rəssamı Ömər Eldarov gənc moldovalı rəssamın
sərgidə nümayiş
olunan rəngli boya ilə işlənmiş
əsərlərini yüksək
dəyərləndirmişdir. Rəssamın həyata baxışını alqışlayan
Ömər Eldarov fırça ustasının
rəng çalarlarından
məharətlə istifadə
edərək gözəl nümunələr
yaratdığını söyləmişdir.
İndiyədək Fransa,
Almaniya, Türkiyə,
Amerika, Rusiya və ümumiyyətlə,
50-dən çox ölkədə sərgisi
keçirilən İqor
Sverneyin rəngkarlıq
üslubunda çəkdiyi
41 əsəri və bir qobelen əl
işi tamaşaçılar
tərəfindən maraqla
qarşılanmışdır.
Azərbaycanda Moldova mədəniyyəti günləri
aprelin 24-də Yevlax şəhərində
keçiriləcək tədbirlərlə
davam etdiriləcəkdir.
Azərbaycan.- 2008.- 24 aprel.- S.3.