Xatirə
Xan əminin lent
yazıları qaytarılmalıdır!
Xan Şuşinskinin
Gürcüstandakı lent yazılarının
vətənə gətirilməsi məsələsi
hələ də açıq qalır. Xanəndənin
oğlu Aslan Cavanşirov bildirdi ki, hazırda lent
yazılarının qaytarılması ilə
Azərbaycanın Gürcüstandakı səfiri Namiq
Əliyev məşğul olur. O, məsələ ilə
bağlı hələlik heç bir nəticə
əldə olunmadığını və atasının yeni
lent yazılarının Bakıya gətirilməsi
üçün bütün səylərini
səfərbər etdiyini söylədi:
"Sözügedən lent yazıları ötən
əsrin 38-ci ilinə aiddir. O vaxt atam Gürcüstanda qastrol səfərində
olub. Həmin lent yazıları gürcü kinematoqrafçılarının
çəkdiyi filmdə də istifadə olunub. Xan
Şuşinskinin ifası Gürcüstanın xalq çalğı
alətləri orkestrinin müşayiəti ilə lentə
alınmışdı. Lent yazılarının qaytarılması
ilə bağlı uzun illərdir qonşu dövlətə
müraciət edilsə də, onlar belə materialların
mövcudluğunu qəti şəkildə inkar
ediblər".
Axtarışları davam etdirən A.Cavanşirov dolayısıyla materialların arxivdə saxlandığı xəbərini alıb. Ona məlum olub ki, lent yazılarının qaytarılması üçün müəyyən şəxslər maddi maraq güdürlər. Hələ bir neçə il öncə böyük xanəndənin oğlundan materialları almaq üçün 3000 dollar tələb etmişdilər. Təbii ki, Aslan bəy buna razılıq verməyib. Müəyyən vaxtdan sonra iki tərəf arasında razılıq əldə olunsa da, onlardan daha xəbər çıxmayıb və əlaqə kəsilib: "O vaxt üçün 3000 dollar böyük məbləğ hesab olunurdu. Müəyyən müddətə onu toplayıb lent yazılarını geri alacağımı düşünürdüm. Amma sonradan başa düşdüm ki, indi həmin məbləğ bəs eləmir. Lent yazılarının bəzi hissələri kinoda səslənən fikirlərlə üst-üstə düşdüyündən onları bu variantda əldə etməyinsə əhəmiyyəti yoxdur - ifanı aydın eşitmək olmur. Arxivdə isə çıxış bütövdür. Texnikanın ifanı kinodakı səslərdən ayırmağa gücü yetmir. Yeganə çıxış yolu arxiv materiallarını geri qaytarmaqdır".
Qeyd edək ki, lent yazılarında
Xan Şuşinskinin
"Heyratı", "Zəminxarə"
və "Zabul-segah"
muğamlarından parçalar
yer alıb.
Həftə içi.- 2008.- 10 aprel.- S. 8.