İlhamə Quliyeva Dağıstanın
"Xalq artisti" oldu
Azərbaycanın Xalq artisti İlhamə
Quliyevaya Rusiya Federasiyası Dağıstan
Respublikasının "Xalq
artisti" fəxri adı verilib. İ.Quliyeva
APA-ya açıqlamasında
xəbəri təsdiqləyib:
"Dağıstan Prezident
Aparatından zəng edərək fəxri ada layiq görüldüyümü
bildirdilər və məni təbrik etdilər. Dağıstanda çox konsertlərim
olub. İndi də bu respublikanın tamaşaçıları
qarşısında böyük
bir konsert proqramı ilə çıxış etməyə
hazırlaşıram.
Xalq artisti konsert proqramını bu ilin sentyabr-oktyabr
aylarında gerçəkləşdirməyi
nəzərdə tutur:
"Bu konserti Azərbaycanda
keçiriləcək prezident
seçkiləri ərəfəsində
təşkil etməyi
planlaşdırıram".
Ekspress.- 2008.- 24 aprel.- S. 11.