Azərbaycanda Moldova mədəniyyəti
günlərinin təntənəli
açılışı
Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Azərbaycanda Moldova mədəniyyəti günlərinin
təntənəli açılış
mərasimi olmuşdur.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi, onun xanımı Mehriban Əliyevanı və Moldova Prezidenti Vladimir Voronini gurultulu alqışlarla qarşıladılar.
Moldovanın və Azərbaycanın dövlət
himnləri səsləndi.
Aparıcılar dövlət
başçılarını və mərasim iştirakçılarını salamlayaraq vurğuladılar
ki, Moldova və Azərbaycan xalqları arasında əlaqələrin çoxəsrlik
tarixi var. Bu əlaqələr heç vaxt qırılmamış, iki
ölkə xalqlarının
mədəniyyətləri daim təmasda olmuş, bir-birinə qarşılıqlı
təsir göstərmiş
və qarşılıqlı
surətdə zənginləşmişdir.
Moldova incəsənət
ustalarının bir çoxunun yaradıcılığı
azərbaycanlılara yaxşı
tanışdır. Eyni
zamanda, Azərbaycanın
bir çox musiqiçi, yazıçı
və şairlərinin
yaradıcılığı moldovalılar üçün
əziz, onlara yaxındır.
Sonra Moldova incəsənət ustalarının
qala-konserti oldu. Tamaşaçılar SSRİ və Moldova
Respublikasının xalq
artisti Vladimir Kurbetin rəhbərliyi ilə “Cok” Dövlət milli akademik xalq rəqs
ansamblının, “Catharsis”
duetinin, “Concertino” akkordeonçular ansamblının,
Advaxov qardaşlarının
rəhbərlik etdiyi orkestrin, Moldovanın tanınmış musiqiçi
və müğənnilərindən
Viktoriya Lunqu, Konstantin Moskoviç, Natalya Qordiyenko, Mixail Muntyanu və Marin Gerasın
çıxışlarını böyük maraqla qarşıladılar.
Xalq qəzeti.- 2008.- 24 aprel.- S. 3.