Mükərrəmoğlu M.

 

Firəngiz Əlizadə “Sülh artisti” adına layiq görülmüşdür

 

Görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə YUNESKO-nunSülh artistiadına layiq görülmüşdür. Bu istedadlı bəstəkarın əsərləri indi nəinki Azərbaycanda, eləcə onun hüdudlarından kənarda sevilə-sevilə dinlənilir. Onun əsərləri dəfələrlə Avropanın Amerikanın nüfuzlu festivallarında mükafatlar qazanmışdır. O, dünyanın məşhur musiqiçiləri ilə birgə işləyir, Azərbaycan musiqisinin dünyada təbliğində əhəmiyyətli rol oynayır. 1999-cu ildə keçirilən beynəlxalq musiqi festivalında Firəngiz xanım yüksək mükafata layiq görülmüşdür.
Bu yaxınlarda YUNESKO-nun baş direktoruSülh artistifəxri adının diplomunu Firəngiz xanıma təqdim etmişdir.


Xalq qəzeti
.- 2008.- 1 aprel.- S. 7.