Samirə
"Bəhramnamə"ni dünya da sevdi
Bəstəkar Eldar Mansurov
"Bəhramnamə" kompozisiyasını disk
şəklində yazdırıb
İfaçılıq
sənətimizin ən görkəmli
nümayəndələrindən olan Bəhram Mansurovun
xatirəsinə həsr olunmuş bu toplu internet
vasitəsilə yayılaraq dünya melomanlarının
zövqünü oxşamaq yönündə inanılmaz
dərəcədə böyük auditoriya toplayıb.
Yüzlərcə sayt audio-versiyanı öz kitabxanalarına
yerləşdirdiyindən Avropa və Amerikanın müxtəlif
ölkələrindən təşəkkür və
musiqimizə heyranlıq hissləri ilə dolu məktublar
gəlməkdədir.
Hələ 1967-ci
ildə Bəhram Mansurovun yaradıcılığı YUNESKO
yanında Musiqişünaslıq İnstitutunun baş direktoru
Alen Danielunun diqqətini cəlb etmişdi. Bu nüfuzlu beynəlxalq
təşkilatla əməkdaşlığın
nəticəsi olaraq 1971 və 1975-ci illərdə B.Mansurovun
ifasında Azərbaycan muğamlarının yazılışı
gerçəkləşdi. O zaman bu fakt böyük bir
hadisə kimi qarşılanmışdı.
Bu gün muğam
sənəti bir yaradıcılıq sahəsi olaraq və ona
münasibət sarıdan yeni həyatını
yaşamaqdadır. "Bəhramnamə" rok, muğam,
simfonik janrın çox uğurlu sintezi kimi çox
yerində və vaxtında gerçəkləşdirilmiş
layihədir. Aranjemançı Nazim Əhmədovla birlikdə
Eldar Mansurov ustad tarçalanın ifasında "Şur", "Segah", "Çahargah", "Mahur-hindi",
"Bayatı-kürd",
"Bayatı-Şiraz",
"Şüştər" muğamlarının avanqard
üslublu musiqi ilə virtual versiyasını çox
böyük zövqlə yaratdıqlarından "Bəhramnamə"
böyük dinləyici auditoriyası toplaya bilib. 2005-ci ilin
dekabrında respublikanın ən böyük konsert
sarayında atasının sənətini bilavasitə davam
etdirən Elxan Mansurovun iştirakı ilə ifaçılar
qrupu Şərq və Qərb musiqisinin vəhdətindən
doğan təkrarsız
gözəlliyi bir daha nümayişlədilər. E.Mansurov
isə bu qrupu orkestrə çevirməyi və kollektivə
əcnəbi musiqiçiləri də dəvət etməyi
planlaşdırır.
Məlumat
üçün deyək ki, muğam musiqisinin dərin
biliciləri olan Mansurovlar XIX yüzilliyin ortalarından
bəri Bakı musiqi məclislərinin əsasını
qoymuşdular.
Həftə içi.- 2008.- 9 aprel.- S. 8.