Samirə

 

Musiqimizdən növbəti oğurluq

 

Eldar Mansurovun bəstəsi növbəti dəfə ORT telekanalında başqa ad altında istifadə edilib. Söhbət aprelin 21- Rusiyanın ictimai televiziyasında efirə gedən "Jdi menya" ("Gözlə məni") verilişində bəstəkarımızın "Melodiya" kompozisiyasının istifadə edilməsindən gedir. Xatırladaq ki, bu kompozisiya "Gecə zəngləri" əsəri ilə birlikdə ORT-nin digər bir layihəsi olan "Son 24 saat" proqramının Frunzik Mkrtçyana həsr edilmiş rejissoru həmyerlimiz Fuad Şabanov olan filmdə erməni melodiyası kimi təqdim edilmişdi. "Jdi menya" verilişində musiqi tərtibatında erməni müəllifliyi göstərilməsə , musiqi əsərinin əsl müəllifinin adı qeyd edilməyib.

 

Həftə içi.- 2008.- 23 aprel.- S. 8.