Təranə

 

“Danışır və ifa edir gənc musiqiçilər"

 

Müsabiqənin qalibləri müəyyənləşib

 

"Danışır ifa edir gənc musiqiçilər" adlı I Respublika elmi-ifaçılıq müsabiqəsi başa çatıb. Layihənin müəllifi, professor Tərlan Seyidov qaliblər arasında yüksək elmi ifaçılıq səviyyəsinə malik tələbələrin olduğunu bildirib.

Müsabiqənin I mükafatına 35, 2 6 saylı musiqi məktəblərinin şagirdləri - pianoçular - Nərgiz Kəngərli, Nigar Cəfərli, skripkaçı Narın Musayeva tarzən Mehdi Mehbalıyev layiq görülüb. Münsiflər heyətinin qərarına əsasən, I yer üzrə "Nəfəsli zərb alətləri", "Xanəndə vokal" nominasiyaları sahibini tapmayıb. Bu nominasiya üzrə II mükafata Gəncə İncəsənət məktəbinin şagirdi Nadeyda Kiseleva (vokal), Ucar musiqi məktəbindən Araz Səfərəliyev (xanəndə), Gəncə 2 saylı musiqi məktəbinin şagirdi Allahverdi Məmmədov (truba) BMA-nın məktəb-studiyasının şagirdi Ramiz Sevdiməliyev (marinbafon) layiq görülüblər. Balakən, Göyçay, Şəki, Samux, Ağdam, Qax Şuşa musiqi incəsənət məktəblərinin şagirdləri müxtəlif diplom laureat adlarını qazanıblar.

Müsabiqə çərçivəsində Bakı Musiqi Akademiyasının professoru Azər Rzayev Ramiz Quliyevin ustad dərsləri dinlənilib.

 

Kaspi.- 2008.- 9 aprel.- S. 15.