Moldova incəsənəti Sumqayıt səhnəsində

 

Aprelin 24- Sumqayıt Azərbaycanda Moldova mədəniyyəti günlərinin iştirakçılarını böyük səmimiyyətlə qarşılamışdır. Moldova mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuşdur.
Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında moldovalı incəsənət ustalarının konserti olmuşdur.
Konsertdən əvvəl çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Moldovanın mədəniyyət turizm naziri Artur Kozma bildirmişlər ki, ölkələrimiz arasında dostluğun dərin kökləri, çoxəsrlik tarixi vardır. Bu əlaqələr heç zaman qırılmamışdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Moldova Prezidenti Vladimir Voroninin aprelin 23- Bakıda keçirilən görüşü münasibətlərin inkişafına humanitar sahədə əməkdaşlığın dərinləşməsinə yeni təkan vermişdir.
Bildirilmişdir ki, mədəniyyət günləri xalqlarımızın zəngin mədəniyyət incəsənəti ilə yaxından tanış olmağa imkan verir. Bugünkü görüş üçün Sumqayıt təsadüfən seçilməmişdir, çünki Moldova gəncləri ötən il öz xalqının incəsənətini bu şəhərdə layiqincə təmsil etmişlər. Şübhəsiz ki, mədəniyyət günləri yeni əlaqələrin qurulması mədəniyyətin müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş üfüqlər açır.
Sumqayıtın ən böyük konsert salonuna toplaşmış tamaşaçılar Avropada tanınmışKodryankarəqs kollektivinin çıxışlarını hərarətlə qarşılamışlar. Moldova estrada musiqisinin fəxri, Yurmala beynəlxalq müsabiqəsində birinci mükafata layiq görülmüş Natalya Qordiyenko gənc müğənni Viktoriya Lunqu sumqayıtlıların qəlbini fəth etmişlər. “Catharsisfolklor duetinin, “Concertinoakkordeonçular ansamblının, Vasili Vitali Advaxovlar qardaşlarının idarəsi ilə xalq çalğı alətləri orkestrinin, habelə tanınmış Moldova tenoru, SSRİ-nin Moldovanın xalq artisti Mixail Muntyanunun çıxışları böyük maraqla qarşılanmışdır. Tamaşaçılar nayçalanlardan biri olan Marina Gerasın ifasını hərarətli alqışlarla qarşılamışlar.
Azərbaycan mədəniyyət turizm nazirinin müavini Teymur Mehdiyev Moldovanın ölkəmizdəki səfiri İon Robu da konsertdə olmuşlar.


Xalq qəzeti.- 2008.- 25 aprel.- S. 7.