Türkmənistanda beynəlxalq musiqi festivalı keçirilir

 

Aşqabadda "Türkmənistan: "Musiqi və Mahnı Bəşəriyyətin mənəvi xəzinəsidir"" beynəlxalq musiqi festivalının açılışı keçirilib. Türkmənistanın Milli Mədəniyyət Mərkəzinin Musiqi Sarayında açılan festivalda Azərbaycanda təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva APA-ya deyib ki, festivalda Əməkdar artist Gülüstan Əliyeva, "Muğam" müsabiqəsinin iştirakçıları Rəvanə Ərəbova, Elnur Həsənov, kaman ustası Elşən Mansurov, tarzən Ələkbər Ələkbərov və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iki rəqqası iştirak edir. Festivala Avstriya, Belarus, İran, Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Amerika, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna, Fransa Cənubi Koreyadan rəqs musiqi ansamblları qatılıb. Mərasimdə Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhamedov da iştirak edib. Aprelin 12- festivalın qala konserti keçiriləcək.

 

Səs.- 2008.- 9 aprel.- S. 16.