Yusifova S.

 

Cabbar Qaryağdıoğlu əfsanəsinin ömrü 1 il artdı

 

Azərbaycanın milli musiqi mədəniyyəti tarixində xüsusi yer tutan Cabbar Qaryağdıoğlunun dünən doğum günü idi. Təxminən əsryarım öncə Şuşada anadan olmuş ustad xanəndənin ifasında səslənən "Şahnaz", "Qatar", "Heyratı" başqa muğamlar Azərbaycan musiqi sənətinin ən qiymətli incilərindən hesab edilir. Böyük sənətkarın adı dünya vokal sənətinin ən tanınmış nümayəndələrilə yanaşı səslənir. Cabbar Qaryağdıoğlu "Segah"ı olduqca həzin yumşaq, eyni zamanda yanıqlı səsləndirməklə ifaçılıq tarixinə öz adını əbədi həkk edib. O, "Heyratı" muğamını ilk dəfə qrammafon valına 102 il bundan əvvəl yazdırıb. Ötən əsrin 20-ci illərində Bakıda xanəndə ilə tanış olan rus şairi Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırıb. O, bir muğam dəstgahını 2-3 saat, bəzən isə 4 saat davamlı olaraq oxuyub. Ustad sənətkarın həmçinin pedaqoq kimi uğurlu fəaliyyəti danılmazdır. Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Yavər Kələntərli başqa məşhur sənətkarlar Cabbar Qaryağdıoğludan dərs alıblar. Cabbar Qaryağdıoğlu Dövlət Konservatoriyasının ilk təşkilatçılarından olub. Uzun illər milli musiqimizin tədrisi ilə məşğul olaraq, bu sahənin inkişafına dəyərli töhfələr verib. Ölməz sənətkar 1945-ci ildə dünyasını dəyişib. Xatirəsi hər zaman ehtiramla anılan C.Qaryağdıoğlunun həyat yaradıcılığından bəhs edən film çəkilib.

 

525-ci qəzet.- 2008.- 3 aprel.- S. 7.