Qocayeva A.

 

Opera sənətimizin dan ulduzu

 

Lütfiyar İmanov - 80

 

Azərbaycan operasının parlaq ulduzu, nadir səs tembrinə malik əvəzolunmaz sənətkarımız, Azərbaycan SSRİ xalq artisti, professor Lüffiyar İmanovun bu gün 80 yaşı tamam olur. Yaşaşaydı, ömrünün yaradıcılığının bu zəngin tarixini istədiyi kimi qeyd edəcəkdi. Hələ neçə-neçə mahnılar bəstələyəcək, öz ıfalarında lentlərə köçürəcək, dəvətlə müxtəlif ölkələrə qastrol səfərlərinə çıxacaqdı. Əgər yaşasaydı...

L.İmanov böyük istedadı, yüksək səhnə mədəniyyəti, tenor səsi, bəstələdiyi gözəl mahnıları, özünəməxsus ifa tərzi, özünə sənətinə tələbkarlığı ilə əbədi xalq məhəbbəti qazandı.

Tanınmış müğənni yarım əsrdən artıq idi ki, milli opera vokal sənətinin ən gözəl nümunələrini respublikamızda dünyanın bir sıra ölkələrində ləyaqətlə ən yüksək səviyyədə təbliğ, tərənnüm edirdi.

Dünya şöhrətli müğənninin yaradıcılığı çoxşaxəli idi. O, həm xalq mahnılarının ustad ifaçısı, həm çətin, rəngarəng repertuarlı kamera müğənnisi idi. Ən başlıcası isə L.İmanov nadir səsə malik opera müğənnisi, bənzərsiz aktyor, milli klassık operanın dərin təfsirçisi idi. Onun sənəti şəxsiyyəti haqqında dünyanın bir sıra ölkələrinin böyük ziyalıları, sənət adamları, o cümlədən, Türkiyədən Sədi Günel, Çexiyadan Yan Bures, Qorkidən Q.Selivertseva başqaları yüksək fikirlər söyləmişlər. Məsələn, Yan Bures bənzərsiz müğənni haqqında demişdir: "O, opera müğənnisi olmaq üçün doğulmuşdur. Təbiət ona istedadlı səxavətlə bəxş etmisdir: gözəlliyinə ifadəliliyinə görə nadir olan səs, səhnə görünüşü - İmanov- təbiidir, sadədir, bununla belə gözəldir, mahir sənətkardır. Parlaq dramatik temperamentə malikdir. İmanovu səhnədə görərkən Çaykovskinin sözlərini xatırlayırsan: "Tamaşaçı Opera Teatrına təkcə dinləməyə deyil, həm tamaşa etməyə gəlir."

L.İmanov opera səhnəsində yaradıbsa, ürəkdən, sevə-sevə yaddaqalan yaradıb. F.ƏmirovunSeviloperasında Balaş, C. Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin eyni adlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz" operasında Əliyar, Ü.Hacıbəyovun "Koroğlu" operasında Koroğlu (Koroğlunun ariyası müğənninin bütün yaradıcılığının şah əsəri idi), V.Adıgözəlovun "Ölülər" operasında İsgəndər, S.Ələsgərovun "Bahadır Sona" əsərində Bahadır-müğənninin parlaq şəkildə yaratdığı opera partiyaları idi.

L.İmanov, eyni zamanda, dünya klassik operalarında məharətlə çıxışlar etmişdi. J.Bizenin "Karmen" operasında Xose, L.Çaykovskinin "Qaratoxmaq qadın" operasında German, C.Verdinin dörd operasında- "Riqoletto"da Hersoq, "Trubadur"da Manriko, "Aida"da Radames, "Otello"da Otello, Offenbaxın "Qofmanın nağılları" operasında Qofman, Ş.Qunonun eyni adlı operasında Faust, "Toska"da Kavaradossi obrazları müğənninin yüksək səhnə vokal mədəniyyətini nümayiş etdirən obrazlar idi.

Böyük müğənni öz ifası ilə dinləyicilərə yüksək mənəvi keyfiyyətlər, nəcib hərəkətlər, sadəlik, səmimilik insan qəlbinin digər gözəlliklərini rəngarəng çalarları ilə çatdıra bilirdi. L.İmanovun təkrarsız sənəti müxtəlif millətlərdən olan dinləyicilər üçün yaxın anlaşıqlı idi. Onun hər bir ifası tamaşaçını daxilən zənginləşdirir, daha da saflaşdırır, dərindən həyəcanlandırır və əsl zövq verirdi. Bütün bunların fövqündə müğənninin nadir ilhamı, böyük aktyor cazibədarlığı, təsirli obraz yaratmaq bacarığı dururdu.

L.İmanov 1965-1985-ci illər arasında Moskvanın "Böyük Teatr"ında dünya klassiklərindən gözəl nümunələr yaratmışdı. Yarada-yarada təcrübəsi artmış, püxtələşmiş, formalaşaraq dünya səviyyəli müğənnilər sırasında özünəməxsus yer tutmuşdu. Daim öz üzərində çalışan, təkmilləşən sənətkar 1975-ci ildə dünyanın ən böyük məbədi sayılan Milanın "La-Skala" Teatrına gedərək italyan dilini, 20-yə yaxın italyan mahnısını və ariyaları öyrənmişdi. İtalyan dilində "Toska"da Kavaradossi, "Aida"da Radames obrazlarını böyük uğurla yaratmışdır.

Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət Lİmanovun sənətini cilalandırmış, onu bu günümüzün ən yaxşı sənətkarları sırasında öncül yerlərdən birinə qaldırmışdı.

Müğənni öz ecazkar sənətini Avropanın, demək olar ki, dünyanın 25-dən artıq ölkəsində yüksək səviyyədə nümayiş etdirmişdi.

L.İmanovun misilsiz sənəti haqqında 1975-ci ildə Moskvanın "Ekran" studiyası və həmin ildə Azərbaycan televiziyası "Oxuyur Lütfiyar İmanov" və "Xalqın oxuyanı" adlı iki film çəkmişdir.

Anadan olmasının 50 yə 75 illik yubileylərini Moskvanın İncəsənət Ustaları Mədəniyyət Evi yüksək səviyyədə qeyd etmişdi. Daim o mərasimlərdən fərəhlə danışan Lütfiyar müəllim 80 yaşını Bakıda qeyd etməyi nəzərdə tutmuşdu...

Yazını hazırlayarkən Lütfiyar müəllimin ömür-gün yoldaşı Nina xanımla görüşdük. Daim Lütfiyar müəllimə arxa-dayaq olan, şux görünən xanım sanki yalqızlaşıb tək qalmışdı.

- Nina xanım, həyatınızın bir parçası olan Lüttiyar müəllimin yoxluğu ilə barışa bilmisiniz?

-  Heç cür barışa bilmirəm. Elə bilirəm ki, həmişəki kimi harasa səfərə gedib, yenə qayıdacaq. Həyatımda, evimdə heç nə ilə dolmayan böyük bir boşluq var. Bundan sonra kim üçün, nə üçün yaşayacağımı bilmirəm.

- Müğəninin yarımçıq qalmış arzuları vardımı?

- Çox idi. 3 il idi ki, özünün ev-muzeyini yaratmaq istəyirdi. Bunun üçün ona ev də vermişdilər, ömür vəfa etmədi.

Öz avtobioqrafiyasını, sənət yolunu əks etdirən kitab yazmaq istəyirdi. Fazil Rəhmanov onun haqqında kitab yazmışdı. İlk nüsxəsini vəfatından 3 gün əvvəl evə gətirdi ki, oxusun, lakin vəziyyəti pis olduğu üçün oxumağı 1-ci günə saxladı, yəni yanvarın 21-nə. Oxumamış getdi...

- 80 illik yubileyinə hazırlaşırdı?

- Böyük həvəslə illər öncə ifa etdiyi mahnıların üzərində yenidən işləyib lentə köçürürdü, yeni mahnılar yazırdı. Ümumiyyətlə, bütün işlərində səliqə-sahmanlı idi. Lütfiyar bütöv, mənalı və zəngin bir ömür yaşadı. Bundan sonra mənim vəzifəm onun irsini və adını uca tutmaq, haqqında yazılmış kitabı imkanım olan kimi çap etdirməkdir.

- Ulu Tanrıdan Lütfiyar müəllimə qəni-qəni rəhmətlər, sizə isə cansağlığı diləyirik.

- Çox sağ olun.

 

İki sahil.- 2008.- 17 aprel.- S. 6.