Ramiz Hacı oğlu Mustafayev

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Ramiz Hacı oğlu Mustafayev 2008-ci il aprel ayının 10-da ömrünün 82-ci ilində vəfat etmişdir.
Ramiz Mustafayev 1926- il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olmuşdur. Bir il sonra ailəsi ilə birlikdə Bakıya köçən Ramiz Mustafayev 1940- ildə natamam orta təhsilini başa vuraraq, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq şöbəsində, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal, 1953 – 1957-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1942-ci ildə Gənc Tamaşaçılar Teatrında artist kimi başlayan Ramiz Mustafayev 1943 – 1948-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının aktyoru olmuş, 1948-ci ildən ömrünün sonunadək indikiAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar
Cəmiyyətinin xor kollektivində xormeyster, baş redaktor bədii rəhbər vəzifələrində çalışmışdır. O, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur.
Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən musiqi mədəniyyətimiz tarixində öz dəst-xətti ilə seçilən sənətkarlardan olmuşdur. Bəstəkarın ümumən xalq sənətinin tükənməz xəzinəsindən qidalanan yaradıcılığına məzmun dolğunluğu forma rəngarəngliyi xasdır. Vətən sevgisinin tərənnümü onun altmış ildən artıq bir dövr ərzində aktual mövzularla zəngin çoxşaxəli fəaliyyətinin başlıca qayəsini təşkil etmişdir. Sənətkarın tarixi keçmişimizə dərin maraq oyadanVaqifoperası Azərbaycan Dövlət Opera Balet Teatrında uğurlu səhnə həyatı yaşamışdır.
Ramiz Mustafayevin əsərləriopera musiqili komediyaları, oratoriya kantataları, vokal-simfonik poemaları, simfonik kamera musiqiləri, marş, mahnı romansları müasir musiqi mədəniyyətimizin nailiyyətləri sırasındadır. Fitri istedadın məhsulu olan bu sənət nümunələri həmişə rəğbət məhəbbətlə qarşılanmış, ölkəmizin hüdudlarından uzaqlarda da müvəffəqiyyətlə ifa edilərək, müəllifinə şöhrət gətirmişdir. Bəstəkarın vokal əsərləri unudulmaz ifaçılarımızın repertuarında səslənərək populyarlıq qazanmışdır.
Ramiz Mustafayev uzun illər Azərbaycan Televiziyası Radiosu xorunun rəhbəri olaraq, ölkəmizdə bu musiqi janrının inkişafı yolunda böyük əmək sərf etmişdir. O, xor üçün neçə-neçə yaddaqalan əsər bəstələmiş, 250- yaxın xalq mahnısını təsnifi işləmişdir. Professional musiqi sənətimizin görkəmli nümayəndələrindən olan bəstəkar həm tanınmış dirijor idi.
Ramiz Mustafayevin respublikamızda musiqi kadrlarının yetişdirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyəti təqdirəlayiqdir. O, ayrı-ayrı illərdə Bakı Musiqi Akademiyasının Azərbaycan Milli Konservatoriyasının professoru kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində özünün bilik təcrübəsini əsirgəməmişdir.
Ramiz Mustafayev milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkəmizin ali mükafatlarından olanŞöhrətordeni ilə təltif edilmişdir.
Görkəmli bəstəkar, qayğıkeş pedaqoq səmimi insan Ramiz Hacı oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Alışanov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Arif Məlikov, Aqşin Əlizadə, Azər Rzayev, Tofiq Bakıxanov, Nəriman Məmm
ədov, Oqtay Zülfüqarov, Ramiz Mirişli

 

Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 2.