Sevil

 

Amerikalı cazmen muğamı öyrənir

 

Dan Tepfer: “Muğamla cazın sintezi məndə maraq doğurub”

Amerikanın məşhur cazmenləri Dan Tepfer Coul Harrison Azərbaycandadır. Srağagün ABŞ səfiri Enn Ders öz iqamətgahında tanınmış cazmenləri, bir çox azərbaycanlı musiqiçiləri media nümayəndələrini qəbul etdi. Xanım səfir musiqiçiləri evindən qəbul etməkdən böyük şərəf duyduğunu bildirdi amerikalı cazmenləri qonaqlarla tanış etdi.
Coul Harrison Amerika Pianoçular Assosiasiyasının incəsənət məsələləri üzrə direktorudur. Bu assosiasiya artıq 25 ildir ki, ümidverən gənc ifaçılara maddi dəstək verir. Dr.Harrison Missisipi Dövlət Universitetinin professoru olub, 14 il orada çalışıb, həmçinin Missisipi Fortepianosu Vitrininin direktoru vəzifəsində çalışıb. Hazırda Şimali Karolina, İndiana universitetlərində dərs deyir İsveçrədə, Avstriyada İtaliyada tədqiqatlar aparır. O, indiyədək Asiyaya, Yaxın Şərqə, Şimali Afrikaya səfərlər edib. Onun çıxışları geniş rəğbət müvəfəqiyyət qazanıb.
Dan Tepfer isə bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Nyu-Yorkda yaşayan pianoçu bəstəkarlar onubrilyantadlandırır. Musiqiçilər onun gələcəkdə caz ulduzlarından biri olacağına əmindir. Onlar Azərbaycan musiqisi ilə yaxından
tanış olmaqla yanaşı həm burada master-klasslar keçirəcəklər"- deyə səfir bilidirib.
Səfir son vaxtlar amerikalı incəsənət nümayəndələrinin Azərbaycana böyük maraq göstərdiyini vurğuladı: “Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov, Rostropoviç, Vaqif Mustafazadə onun qızı Əzizə Mustafazadə kimi musiqiçiləri dünyaya tanıdıb. Ümid edirik ki, mədəni əlaqələrimiz genişlənməklə Şərq-Qərb münasibətləri daha da istiləşəcək”.
Dr.Coul Harrison çıxışında bildirdi ki, Azərbaycanda onlara göstərilən münasibət onun çox xoşuna gəlib. Qonaqların çıxışından sonra gənc cazmen Dan Tepfer qonaqlara konsert verdi. Konsertdən sonra fürsətdən istifadə edib onunla söhbət etdik. Onun cazla muğamın sintezinə necə münasibətinin olduğunu öyrəndik. D.Tepfer bildirdi ki, onun Azərbaycana səfərində məqsədi həm muğamları öyrənməkdir: “Musiqi kollecinin direktoru mənə muğama aid müxtəlif disklər bağışlayıb. Mən bu diskləri dinləyib sizin muğamları dərindən öyrənməyə çalışacağam. Muğam bizim musiqi deyil, amma sizin Vaqif Mustafazadənin muğamla cazı sintez etməsi barədə bilgim var. Mən öz müəllimlərimdən mənimsədiyim musiqiyə yeni tərzdə yanaşmağı sevirəm. Odur ki, muğamla cazın sintezi məndə böyük maraq doğurub”.
Paytaxtımız haqda daha çox qədim şəhər təsəvvürü olduğunu bildirən musiqiçi Bakıda xeyli müasir tikililərin olmasından bir qədər təəccübləndiyini vurğuladı: “Nədənsə mən Bakını qədim şəhər hesab edirdim. Düşünürdüm ki, şəhərinizdə xeyli sayda məscidlər tarixi abidələr olar. Amma əksini gördüm. Şəhərinizdə kifayət qədər müasir tikililər sıxlıq var. Burada bizə çox isti münasibət göstərilir. Mən yenidən Azərbaycana səfər etməyi planlaşdırıram”.
Qeyd edək ki, qonaqlar dünən Bakı Caz Mərkəzində geniş konsert proqramı ilə çıxış etdilər.

 

Müsavat.- 2008.- 10 aprel.- S. 13.