Aşıq Hüseyn Saraclının xatirə gecəsi keçirilib

 

Gürcüstanın Borçalı mahalının Saraclı kəndində ustad aşıq Hüseyn Saraclının xatirə gecəsi keçirilib.

Tədbir başlamazdan öncə Saraclı kəndinə toplaşanlar 71 illik ömrünün 50 ilini aşıq sənətinə həsr etmiş ulu ozanın məzarını ziyarət etdilər, üstünə tər çiçəklər düzdülər.

Tədbirin təşəbbüskarı, "Gürcüstan" qəzetinin redaktoru Süleyman Əfəndi xalq yaradıcılığının inkişafında və zənginləşməsində böyük xidmətləri olan sənətkarın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir. Tədbirdə Azərbaycan Aşıqlar Birliyi Gürcüstan bölməsinin rəhbəri Dərviş Osman, şair Dünyamalı Kərəm, Bolnisi rayonu icra hakimiyyətinin başçısı Georgi Dayaşvili və başqaları çıxış etmiş, zəngin Azərbaycan aşıq musiqisi səsləndirilmişdir.

 

Səs.- 2008.- 15 aprel.- S. 12.