Aşıq
sənəti UNESCO-nun mədəni irs
siyahısına daxil
edilə
bilər
Azərbaycan aşıq
sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil
edilməsi üçün təqdimat hazırlanır. Bu
barədə APA-ya Azərbaycan Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun direktoru Hüseyn
İsmayılov məlumat verib.
Qeyri-maddi mədəni
abidələrin siyahısına aid edilən aşıq sənətinin
Azərbaycanın hüdudlarından kənarda
təbliğatına son zamanlar geniş yer verildiyini deyən
H.İsmayılov bu məsələnin UNESCO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
Əliyevanın xüsusi diqqətində olduğunu bildirib:
"Qədim tarixə malik olan muğam sənətimiz
artıq UNESCO-nun mədəni irs siyahısına daxil edilib. İndi
məqsədimiz aşıq sənətinin də dünya
miqyasında mühafizə olunan mədəni irs
siyahısına qəbuludur. Bu istiqamətdə müəyyən
işlərə artıq başlanıb və tələb
olunan sənədlər toplanır". H.İsmayılovun
sözlərinə görə, yaxın günlərdə
Azərbaycan aşıq yaradıcılığına
həsr olunmuş müsabiqənin keçirilməsi də
nəzərdə tutulur.
Kaspi.- 2008.- 3 aprel.- S. 2.