Azərbaycanın Polşadakı
səfirliyi bu ölkənin Milli Kitabxanasında Ümummilli lider
Heydər Əliyev haqqında kitabların təqdimatını
keçirmişdir
Azərbaycanın
Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, aprelin 21-də Varşava Milli Kitabxanasında
xalqımızın ümummilli lideri Heydər Əliyevin
həyat və fəaliyyətindən bəhs edən kitabların
təqdimat mərasimi olmuşdur.
Azərbaycan, rus və
ingilis dillərində çap olunmuş 20-dən çox
kitabı Milli Kitabxananın direktoru Tomaş Makovskiyə
təqdim edən səfir V.Quliyev, ulu öndər Heydər
Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən,
onun Azərbaycanın iqtisadi və mədəni inkişafında,
dövlət müstəqilliyinin möhkəmlənməsi
və ölkənin beynəlxalq miqyasda tanınması
istiqamətində gördüyü böyük
işlərdən danışmışdır.
İndiyə
qədər səfirlik tərəfindən Milli Kitabxanaya
onlarla kitabın bağışlandığını və
həmin kitablar əsasında Azərbaycan fondunun
yaradıldığını qeyd edən Tomaş Makovski
Heydər Əliyev haqqındakı əsərlərin
həmin fondda fəxri yer tutacağını bildirmişdir.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 2.