Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor
İnstitutunda Azərbaycanda
artıq IV dəfə
qeyd olunan Aşıq Ələsgər
günlərinin açılışı
olub. Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov açıb. Aşıq Ələsgərin yaradıcılığına həsr
edilən elmi sessiyada filologiya elmləri namizədi Elxan Məmmədov, Aşıq Ələsgərin
nəvəsi İslam
Ələsgər, tənqidçi
İlham Abbasov, sənətşünas Fəxrəddin
Baxşiyevin məruzələri
dinlənilib. Məruzələrdə
Dədə Ələsgər
irsinin tədqiqi istiqamətləri və Ələsgər şeirlərinin
poetik xüsusiyyətlərindən
söz açılıb.
Sabah Aşıq Ələsgər günlərinin
saz və söz bayramı təşkil olunacaq. Tədbirdə Azərbaycanın
bütün bölgələrindən
olan aşıqlarla yanaşı, İrandan qonaqlar da iştirak
edəcəklər
Ekspress.- 2008.- 15 aprel.- S. 11.