Qaliboğlu E.
Güney
Azərbaycan aşıqları Bakıda
Aşıq
Ayət Qənbəri: Bizi yaşadan Babəkin ruhudur
Bu yaxınlarda
Bakıya - Aşıq Ələsgərə həsr
olunmuş saz-söz bayramına gələn Güney
Azərbaycan aşıqlarının ifasını
eşidəndə bir soydaş olaraq çox sevindim. İki yüz ilə yaxındır əsarətdə olan Güney Azərbaycanımızın
çoxmilyonlu türk
əhalisi xeyli basqılara, ana dillərində məktəblərin
olmamasına baxmayaraq Azərbaycan Türkcəsini,
sazımızı, adət-ənənələrimizi qoruyub
saxlayıblar. Bu, Güney
Azərbaycan Türklərinin
milli kökə, ulusa bağlılıqları
sayəsində mümkün
olub. Yenə də onların ifasında saza qulaq asmaq olduqca
gözəl idi. Qaradağ mahalından gəlmiş aşıqlar - Aşıq
Abbas Qaradağlı, Aşıq Bəhmən, Aşıq Məhəmməd
Misiroğlu, Cəlil Həmidi (balaban) ana dilimizdə olduqca gözəl danışır, sazda, balabanda məharətli improvizələr edirdilər.
Əgər bir xalq bu qədər
əzab-əziyyətdən,
ölüm-itimdən
sonra ruhunu, dilini, varlığını
qoruyub-saxlaya, hələ
üstəlik onu artıra bilirsə, bu, o deməkdir
ki, türk xalqına ölüm yoxdur.
Bu dəfəki saz-söz bayramında, ancaq Qaradağ mahalından gəlmiş aşıqlar iştirak edirdilər.
Həmsöhbətim - Güney
Azərbaycan Aşıqlar
Birliyinin rəhbəri,
aşıqlar ansamblının
rəhbəri Ayət
Qənbəri saza-sözə, türk ruhuna bağlı adamdır. 41 yaşlı Ayət Qaradağ mahalında, Babək qalasının ətəyində
yerləşən Git
kəndində anadan olub: "Babəkin qalası bizim dağlarımızda yerləşir.
Məktəb yaşım
çatmamış Təbrizə
köçmüşük. 5-ci sinfə kimi Təbrizdə, sonra Əhərdə oxumuşam".
Aşıq sənətinə
nəsillikcə sevgisi
olduğunu deyən Ayət Qənbəri
türkün saz dəyərinə vurğunluğunu
belə ifadə edir: "Atam da, qardaşım da bu sənətin
daşıyıcısıdırlar. Aşıq İsmayılın
şeirlərinin çoxunu
aşıqlarımız oxuyur.
Uşaqlıqdan bu sənətlə məşğul
olmaq mənə çox şey verib: xalqımızın sazda yaşayan yenilməz ruhunu duymuşam, onunla nəfəs almışam".
Ayət Qənbəri
ilə çəkən
söhbət zamanı
onun fitrətən türklük duyğusunu ifadə edən halına diqqət kəsilirəm. Millətimizin
ruhunun bütün çalarlarıyla yaşaması,
sarsılmazlığı insana
milli mücadilənin
yeni-yeni imkanlarını
yaratmağa güc verir. Ayət Qənbəri türk dilinin danışıq ləhcələri arasındakı
fərqlə bağlı
deyir: "Ümumən
Güney Azərbaycanla
Quzey Azərbaycan arasında şivə fərqləri olsa da, dilimiz birdir,
soykökümüz birdir.
Türk dili, onun daşıyıcıları
harada olur-olsun, ana dilimizi daim
qoruyublar, indi də qoruyurlar. Türk dilinin dastan ruhu da
birdir. Elm-texnika inkişaf etdikcə türk xalq dastanlarını müqayisə
edirsən, oxşarlıq
görəndə ürəyin
qürur hissiylə dolur".
Güney Azərbaycanda
aşıq sənətinin
kökü ilə bağlı qənaətlərini
bizimlə bölüşən
Ayət Qənbəri
deyir: "Ümumiyyətlə,
Azərbaycan aşıq
sənətinin kökü
birdir. Burada Güney Azərbaycanla Quzey Azərbaycanın ayrı-ayrıca aşıq sənəti kimi intişar tapmasını demək olmaz. Bu sənətin
tarixində möhtəşəm
aşıqlarımız olub
ki, aşıq sənəti yüzillər
ərzində ötürülə-ötürülə bugünümüzə
gəlib çıxıb.
Bu gün Güney Azərbaycanda aşıq sənətinin
inkişafı bilavasitə
Quzey Azərbaycanda aşıq sənətinin
inkişafı ilə
bağlıdır. Bakıda
radio-televiziya verilişlərinin
yayımı, həmçinin
kassetlərdən çox
bəhrələnirik. Güney
Azərbaycanda ustad yanında dərs almaq imkanı olmayan bu ifaları
dinləyir, beləliklə
də yetişir. Güney Azərbaycanda təkcə aşıq dastanlarımız 60-a kimidir.
Quzey Azərbaycandakı
dastanlardan da bolluca bəhrələnirik.
Aşıqların yaddaşı
möhkəm olur, bu, əslində xalq ruhunun yaşaması
deməkdir.
Güneydə aşıq
sənəti barədə
radio-televiziyada danışmaq
olmur, amma Güney Azərbaycanda aşıq sənəti sinələrdə gözəl
yaşayır. Babək
qalasının yerləşdiyi
Qaradağ bölgəsində
aşıq sənətinin
daşıyıcısı çoxdur. Söhbət ilk növbədə yaxşı aşıqdan
gedir.
Təkcə Qaradağdakı
peşəkar aşıqların
sayı 50 nəfərdən
çoxdur. Həvəskar
aşıqlarımızın sayı isə bəlkə də min nəfər olar. Aşığın bir neçə cəhətə malik olması əsas şərtlərdəndir ki,
Güney Azərbaycanda
da bu qaydalara
ciddi əməl edilir".
Ayət Qənbəri
hazırda Güney Azərbaycanın tanınmış
aşıqlarından biri
olmaqla həm də 17 ildir ki,
Güney
Azərbaycan Aşıqlar Birliyinin rəhbəri kimi də
fəaliyyət göstərir. Bu, Quzey Azərbaycandakı Aşıqlar Birliyi kimi bir şeydir:
"Güney Azərbaycan
aşıqlarının müxtəlif
tədbirlərdə iştirakını
düzənləyirəm. Hazırda
"Təbriz Aşıqları"
adlı aşıqlar
qrupuna da rəhbərlik edirəm. Bu qrup bütün
İranda da yaxşı tanınır.
Hətta eyni vaxtda 60 aşıqla birgə
tədbir təşkil
etmişəm. Təbiidir
ki, burada ifaçıların bir neçə nəfəri
balabançılardan ibarət
olur".
Hazırda Güney Azərbaycandakı Aşıqlar
Birliyinin 1200 nəfər
üzvü var. Ayət Qənbəri deyir ki, bunların
heç də hamısının çörəyi
aşıq sənətindən,
saz çalmaqdan çıxmır. O deməkdir
ki, bu aşıqlar
türk ruhunun yetkin ifadəsi olan sazımızla nəfəs alırlar, bu sənəti yaşatmağı özlərinin
milli borcları sayırlar".
Türk Dünyasının
ortaq sənəti olan aşıq sənətinin Azərbaycanda
özünəməxsus yönü
var. Güney Azərbaycanla Quzey Azərbaycan aşıq sənətinin ifa tərzi arasında müəyyən fərqliliklərə
və təbii olaraq oxşarlıqlara toxunan Ayət Qənbəri deyir: "Güney Azərbaycanda da müxtəlif bölgələr üzrə
aşıq sənətinin
ifası ilə bağlı fərqlərə
rast gəlmək mümkündür. Təbrizin
Zəncan istiqamətində
Həştərud məntəqəsində
fərqli havalara rast gəlmək olur. Həmçinin Urmiyada, Həmədanda aşıq sənəti ilə bağlı fərqlər var. Amma di gəl
ki, Təbriz aşıqları eynilə
Quzey Azərbaycan aşıqlarının ləhcəsində,
ifa tərzində çalıb-oxuyurlar. Çingiz Mehdipurun ifası dediklərimizə
gözəl sübutdur.
Güney Azərbaycan aşıq sənətində
Borçalı, Tovuz-Gədəbəy, həmçinin
Şirvan aşıqlarının
yolunu gözəl və məharətli şəkildə birləşdirmək
ənənəsi var.
Hər halda Güney Azərbaycan aşıqlarının Şirvan
aşıqlarının dəsti-xəttindən daha çox bəhrələndikləri
aydınca hiss olunur".
Aşıq deyir ki, Güney Azərbaycan aqşıqları
Azərbaycan aşıq
sənətinin bütün
cəhətlərini özündə
məharətli şəkildə
birləşdirdiyindən burada
əslində hansı
aşıq məktəbinin
üstünlük təşkil
etdiyini demək çətindir: "Bu və ya
digər şənlikdə
sifarişdən asılı
olaraq tək, balabanla, ya da
bir neçə aşıq və balabançı ilə birgə çıxış
edə bilirik. Şirvan aşıq sənətində ritmik havalar üstünlük təşkil edir, bu mənada Güney Azərbaycanda da bu tipli
havalara meylin çox olduğunu söyləmək olar".
Ayət Qənbəri
Babəkin tarixi qalasına çox yaxın bir yerdə doğulduğundan
qürur hissi keçirdiyini bildirir:
"Bu mənada Babək qalasına yaxın yerdə doğulmağım istər-istəməz ruhuma ciddi təsir edir. Babəkin hünərli əməli
burada doğulan aşığın ruhuna,
şeirinə, səsinə
şübhəsiz, güc
verir. Bu ruh məclislərimizdə
də səslənir.
Aşıq ümumiyyətlə,
xalqının milli-mənəvi dəyərinə
söykənməlidir. Babəkin
ruhumuza təsiri danılmazdır. Bizi həmişə yaşadan
bu ruhdur".
Bu gün Güney Azərbaycanda milyonlarla soydaşımızın
ana dili, azadlıq uğrunda apardığı mübarizədə
ana sazımız yenilməz türk ruhunun ifadəsi kimi daim türkün
sinəsində, ruhunun
qoruyucusu kimi iştirak edir. Azərbaycan Türk ruhunun bəşərilik siqlətinə malik olması danılmazdır.
Güney Azərbaycanda
sazın yaşaması
milli ruhumuzun təsdiqidir.
Aşıq deyir:
"Sazın adı gələndə həmişə
türkün ürəyi
döyünür.
Xalqımızın folkloru,
ümumiyyətlə, ruhu
bütünlüklə saza
bağlıdır. Farsların
özləri də Azərbaycan aşıq sənətinin möhtəşəmliyini
etiraf edir, bəyənirlər. Dəfələrdə
bunun şahidi olmuşam".
Ayət Qənbəri sonda bu gün Güney
Azərbaycanda ana dmilimizin milyonlarla soydaşımız tərəfindən
sevilə-sevilə yaşadılmasından fərəhlə
daqnışır: "Əgər
bu gün türk soydaşımız
Təbrizdən Tehrana
köçüb gedirsə,
orada da övladına türkcə
danışmaq öyrədir. Türkün dili olduqca şirindir,
farslar da ana dilimizi öyrənməyə,
bu dildə danışmağa çalışırlar.
Gün o gün olsun ki, dünya xalqları türk dilindən daha çox bəhrələnsinər".
Bakıya üçüncü
dəfə gələn
aşıq Quzey Azərbaycanın baş kəndinə olan sevgisini belə ifadə edir:
"İllərdir mən
sənin həsrətindəyəm,
Odur qan ağlayır gözüm,
ay Bakı;
Səni haraylayır, səni səsləyir,
Sinəmdə danışan
sözüm, ay Bakı.
Əsrlərdir səndən
ayrı düşəli,
Hicranında sinə dağlı, peşəli,
Qardaşımsan şamaxılı,
şuşalı,
Həsrətdir üzünə
üzüm, ay Bakı!".
Xalq cəbhəsi.- 2008.- 19 aprel.- S. 14.