Mustafayev C.
Kamandar
Bu günlərdə
ustad Aşıq Kamandarın 75 illiyi münasibətilə
"Mən ellər aşığı Xan Kamandaram"
adlı nəfis şeirlər toplusu işıq üzü
görüb. İctimai Televiziya və Radio Yayımları
Şirkəti ilə "Pedaqogika"
nəşriyyatının birgə layihəsi əsasında
çap olunan bu kitabda böyük sənətkarın
seçmə şeirləri toplanıb. İradə Akifqızının
çapa hazırladığı kitaba rəssam Qafar Sarıvəllinin
maraqlı illüstrasiyaları və professor Camal Mustafayevin
ön sözü dqxil edilib. Oxucularımız
üçün maraqlı olacağını
nəzərə alaraq, ön sözü qəzetimizdə
dərc edirik.
Mən ellər
aşığı Xan Kamandaram
Doğma
köklərdən gələn yaddaş biçimlə yaşa
dolduqca dərinləşir. Onun cazibə qüvvəsi bizi
özlüyümüzə qaytarmaq gücünü
artırır. Bu qüvvə bizləri varlığımızın
tükənməz ana qaynaqlarının duruluğuna
qovuşmağa yönəldir. Ən başlıcası
könlümüzdə yurd sevgisi, el qayğısı
yaşadır. Söhbət qanımızda, ruhumuzda
daşıdığımız saz-söz yaddaşından
gedir. Bunun üçün biz ulu ozanlarımıza, ustad
aşıqlarımıza borcluyuq. Borçalı
ozan-aşıq ocağının burda yeri ayrıcadır.
Əzəldən bəri Borçalı sazlı-sözlü
diyar kimi tanınıb. Qorqud atanın nəfəsi çoxdan
burda sakinləşib, kök atıb. Bu gün onun
nəfəsini burda ustad Kamandarın sözü, eləcə
də lentlərə köçürülmüş
sazının və özünün səsi yaşadır.
Şöhrətin zirvəsində yüksələn,
füsunkar sənətkar Aşıq Kamandar Əfəndiyev!
Onun Borçalıda Xındı Məmməd, Əmrah
Gülməmmedov, Hüseyn Saraçlı kimi böyük
müasirləri olub. Qarayazıdan Aşıq Alxan onun bu
müasirləri sırasında anılmalıdır.
Onların hər biri təkrarolunmaz ustad sənətkar kimi tanınıb.
Kamandar 50 illik coşqun aşıqlıq fəaliyyətində
özünün heyranlıq doğuran sənət
dünyasını yaradıb. Ruhən Əmrahın
sənət dünyasına yaxın və onun yaradıcı
davamçısı olub. Əmrah saz havalarını sehrli
barmaqlarıyla zənginləşdirən,
təkmilləşdirən yenilikçi
aşıq-bəstəkar olaraq tarixdə qaldı. Kamandar bu
meyli xüsusi həssaslıqla, istedadla inkişaf etdirdi.
Hər havanı çoxahəngli, bitkin musiqi əsəri kimi
yeni ruhla, yeni məlahətlə səsləndirdi.
Üstəlik mahnıları qeyri-adi musiqi gözəlliyinə
malik səslə ifa etdi. Onun səs sənətkarlığı,
səs imkanlarının zənginliyi, genişliyi yeqin
hələ heç bir aşıqda olmayıb. Adicə bir
qoşma Kamandarın ifasında canlanır, mənalanır, zənginləşirdi.
Şeir söyləyəndə saz havalarıyla
özü-özünə müşayiət edirdi. Ahəng
ahəngə qovuşur, sözün musiqili imkanları
üzə çıxırdı. Bu bənzərsiz
ustalığı yalnız Aşıq Kamandar nümayiş
etdirirdi. Hər mahnıya, hər havaya o, nə qədər
dərin duyğu, ürək çırpıntıları
aşılayırdı. Saz çalanda havalara, oxuyanda
mahnılara can verməsi çox heyrətamiz idi. İlhamla
çalmaq, ilhamla oxumaq bir adamda nadir cəmləşir.
Bəzən bilmirsən bu vəhdətdə hansı
cəhətə üstünlük verəsən. Bundan
başqa Kamandar aşıq poeziyasının,
dastanlarımızın canlı xəzinəsi idi.
Aşıq Kamandar
istedadının bir cəhəti də aşıq şeirinin
bütün biçimlərində onun sənətkaranə
yazıb-yaradan şair olması idi. İlk öncə
xatırlamaq gərəkdir: Kamandar şeirlərində gah
öz adını, gah da "Ceyhun"
təxəllüsünü yazırdı.
Hər birimiz
üçün Vətən duyğusu doğulduğumuz
torpaqdan başlanır. Sonra getdikcə bu duyğunun
sərhədləri genişlənir, məzmunu
dərinləşir. Kamandarın Borçalıya ehtiramı
eyni zamanda Azərbaycan dünyasma ehtiram idi.
Aləm bilir
bağçalısan, bağlısan, Hər fəsildə
dövlətlisən, varlısan. Ağır dağlar kimi
çox salğarlısan, Vüqarın nur saçır
üzə, Borçalı!
Bu kitabda müəllifin
aşıq şeirinin ənənələrinə uyğun
ustadnamələri, nəsihətnamələri ön plana
çəkilir. Elin əxlaq meyarı baxımından
yaxşıya, pisə qiynnət qoyulur. Mərdliyə,
mehribanlığa, dostluğa çağırış bu
şeirlərin əsas motivlərindəndir. Xalqa faydalı olan
insana ehtiram bəsləmək doğru sayılır.
İnsanın ucalması üçün öz elinə
bağlılığı əsas götürülür. Bu
mənada sənəlkarın el qarşısında
məsuliyyət daşıdığı bildirilir.
Sənin hörmətini
özün gözlə sən, Sənətin hörməti
elə bağlıdır - deyəndə Aşıq Kamandar
tamamilə haqlıdır. Aydın məsələdir, istedad
onu daşıyanın xüsusi mülkiyyəti deyil, elin
sərvətidir və elə də qayıtmalıdır.
Yaratmaqla, elin mənəvi xəzinəsinə öz
töhfəsini verməklə sənətkar onu xalqa qaytara
bilir. Xalqın ümumi istedadından kimin payına nə
düşürsə, onun şöhrəti də o
qədər olur. Sənətkar öz xalqının
həmişəcavan duyğularını, arzularını
ifadə edir. Ürəkdən-ürəyə gedən yolun
bələdçisi ilhamla yaradan sənətkardır.
Kamandar şeirlərində
dönə-dönə öz sənətinə
məhəbbətindən danışır. Bu həqiqəti
onun pərəstişkarları şeirlərini oxumazdan əvvəl
bilirlər. O, dinləyicilərinin yüksək bədii
zövqünə inanırdı, ona görə daim axtarışda,
daim yeniləşməkdə idi. Kamandarın inamı belə
idi: sənətə məhəbbət vətən
sevgisindən ayrılmazdır. Sazı-sözü ucaltmaq,
doğma elə müqəddəs ehtiramı ucaltmaqdır.
Kamandaram, çaldım
telli sazımı, Nəsillər dinlədi xoş
avazımı. Ellər dedim, ellər çəkdi
nazımı, Vətənimə məhəbbətdən
doymadım.
Bu deyilənlər
Kamandarın sənət dünyasını kəşf
etmək üçün, heç şübhəsiz,
çox azdır. Burada bir həqiqəti bilmək
lazımdır. Aşıq Kamandarın zəngin
sənətində SAZ, SƏS, SÖZ vəhdətdə idi.
Şərq.- 2008.- 1 aprel.- S. 7.