Beynəlxalq festivalda Firəngiz
Əlizadənin Heydər Əliyevə
həsr etdiyi «İthaf» əsəri
səsləndirilmişdir
Bəstəkarlar
İttifaqının mətbuat xidmətindən AzərTAc-a,
bildirmişlər ki, aprelin 11-dən 20-dək Kiyevdə Ukrayna
Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə keçirilən
"Mövsümün musiqili premyerası" adlı XVII
Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.
Festivalın Ukrayna
Dövlət Filarmoniyasındakı açılış
mərasimində Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, professor Firəngiz
Əlizadənin ulu öndərimiz Heydər Əliyevə
həsr etdiyi “İthaf” əsəri ifa olunmuşdur.
Əsər Ukraynanın xalq artisti, dirijor Vladimir Sirenkonun
rəhbərlik etdiyi Ukrayna Dövlət Simfonik Orkestrinin
ifasında səsləndirilmişdir.
Aprelin 13-də isə
Pavlo Strutsun rəhbərliyi ilə Kreşşatik Xoru
Azərbaycanın əməkdar incəsənət xadimi,
bəstəkar Rauf Əliyevin "Ballada" əsərini ifa
etmişdir.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 4.