Xalq teatrlarının
I ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna
yekun vurulmuşdur
Aprelin 25-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında xalq teatrlarının I ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna
yekun vurulmuşdur.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin paytaxt və bölgə teatrlarının yenidən
qurulmasına göstərdiyi
diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Nazir baxış-müsabiqədə
ölkəmizin 11 bölgəsindən
44 xalq teatrının
400-ə yaxın üzvünün iştirak
etdiyini bildirmişdir.
Natiq qeyd etmişdir ki, əsas məqsəd
xalq yaradıcılığının
inkişafı, mədəniyyət
müəssisələrinin işinin daha səmərəli təşkili,
gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb
edilməsi, bölgələrdə
əhalinin teatr sənətinə marağının
artırılmasından ibarətdir.
Azərbaycan.- 2008.- 26 aprel.- S. 7.