Xalq teatrlarının
I Ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna
start verilmişdir
Aprelin 22-də Xalq teatrlarının I ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna
start verilmişdir. Bu münasibətlə həmin tura vəsiqə qazanmış
müsabiqə iştirakçıları
Heydər Əliyev adına sarayın qarşısındakı parka
gələrək ulu öndərin əziz xatirəsini yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Mədəniyyət və
Turizm Nazirliyinin sektor müdiri Əlikram Əliyev jurnalistlərin suallarını
cavablandıraraq bildirmişdir
ki, iki turdan
ibarət baxış-müsabiqədə ölkəmizin
11 bölgəsindən 44 xalq
teatrı iştirak etmişdir. Məqsəd xalq yaradıcılığının
inkişafı, mədəniyyət
müəssisələrinin işinin daha da səmərəli təşkili, gənc nəslin özfəaliyyət
teatr kollektivlərinə
cəlb edilməsi, bölgələrdə əhalinin
teatr sənətinə
marağının artırılmasından
ibarətdir. Birinci tur cədvələ
uyğun martın 24-dən aprelin 18-dək regionlarda keçirilmiş və ikinci tura 14 kollektiv vəsiqə qazanmışdır.
Növbəti mərhələnin
açılışı Abdulla Şaiq adına Dövlət Kukla Teatrında olmuş və Masallı rayonunun N.Cəncəvi adına mədəniyyət evinin xalq teatrının tamaşası göstərilmişdir.
Hacı Mirabdullanın
"Xocalıdan gələn
səslər" əsəri
əsasında rejissor
Cəmaləddin Əliyevin
quruluşunda təqdim
edilən eyniadlı tamaşada əsas rolları Cəmaləddin
Əliyev, Ülviyyə
Xankişiyeva, Qardaşxan
Bədirov və başqaları oynamışlar.
Xatırladaq ki, qalibləri 5 nəfərdən
ibarət münsiflər
heyəti seçəcək
və aprelin 25-də saat 19.00-da təqdimat mərasimi keçiriləcəkdir. İştirakçılar
və qaliblər üçün aşağıdakı
mükafatlar təsis edilmişdir:
I yer üçün
-1000 manat və I dərəcəli diplom
II yerə görə
- 750 manat və II dərəcəli diplom
III mükafat - 500 manat
və III dərəcəli
diplom
Nominasiyalar üzrə:
Ən yaxşı rejissor işi üçün - 300 manat
və diplom
Ən yaxşı musiqi tərtibatına görə - 250 manat və diplom
2 ən yaxşı qadın rolunun ifaçısına - 200 manat
və diplom
2 ən yaxşı kişi rolunun ifaçısı üçün
- 200 manat və diplom.
Ümumiyyətlə, II turda
iştirak edən bütün kollektivlər
baxış-müsabiqənin
diplomları ilə təltif olunacaqlar.
Azərbaycan.- 2008.- 23 aprel.- S. 5.