Kamal S.
Böyük
sənətin sadə adamı
Kinematoqrafçılar
İttifaqının kino zalında təmirdən sonra
keçirilən ilk tədbir Məmmədkamal Kazımovun
xatirə gecəsi oldu. Aprelin 15-i ömrünü
bütünlüklə sənətə həsr etmiş
Məmmədkamal müəllimin nə doğum günü
idi, nə də xatirə. Sadəcə,
kinematoqrafçılar sənətə sidq-ürəklə,
təmənnasız və iddiasız bağlı olan
Məmmədkamal Kazımova borclarını bu
şəkildə vermək istəyirdilər.
Çıxış edənlərin əksəriyyəti
də bu istəyi vurğulayırdı - "Gör
Məmmədkamal müəllim necə halal adam olub ki, neçə
müddət ərzində yığışmadığımız
kino evinə yenidən onun adını deyib cəm
olmuşuq". Ən yaddaqalan fikri rejissor Ağakişi
Kazımov söylədi: "Bu gün Məmmədkamal
Kazımova bəslənən hörmət-ehtiram onun
Azərbaycan incəsənəti üçün etdiklərinin
müqabilində hələ azdır".
Aktyor və rejissorun
yaradıcılığına həsr edilmiş xatirə
gecəsində zal ağzınacan dolu idi. Ömrünün son
15 ilini İncəsənət Gimnaziyasında pedaqoji
fəaliyyətə həsr edən Məmmədkamal
Kazımov həyatının son gününə qədər
müəllimlik etmişdi. Bu xüsusda Əminə xanım
Yusifqızının təəssüratı çox təsirli
oldu. O qeyd etdi ki, sənət emalatxanası gimnaziyanın
4-cü mərtəbəsində yerləşən qocaman
müəllimin hər dəfə pillələri ağır
nəfəs ala-ala qalxıb-düşməyi gözlərinin
önündən getmir. "Bir də yaddaşıma onunla
həkk olunub ki, o, məni teatrda məruz qaldığım
çətin günlərimdə rolsuz qoymayıb, məni teatrda
yaşadıb" - Əminə xanım bu sözləri
də kövrələrək söylədi.
Xatirə gecəsinin
təşkilatçısı olan kinooperator və rejissor
Ələkbər müəllim qeyd etdi ki, bu gün gimnaziya
mərtəbələrinin birində 3 portret diqqət
mərkəzindədir. Onlardan biri mərkəzdədir - ulu
öndərimizin portretidir, sağdakı portret Adil İsgəndərova,
soldakı isə Məmmədkamal Kazımova məxsusdur. Bu
portret Məmmədkamal Kazımovun vaxtilə işlədiyi
sənət emalatxanasına doğru baxır.
Onun
yaradıcılıq emalatxanası təkcə gimnaziyada
olmayıb.
"Sönməyən
ulduzlar" teatrı da onun emalatxanası idi. Azərbaycan
Mədəniyyət Fondunun yaratdığı
"Sönməyən ulduzlar" teatrının baş
rejissoru kimi incəsənətimizin daha bir estafetini öz
çiyinlərində daşıyırdı. O,
dördüncü mərtəbədəki emalatxanasına
ayağıyla, "Sönməz ulduzlar"dakı
emalatxanasına isə sönməyə qoymadığı
məhəbbətiylə qalxıb düşürdü.
"Sönməyən
ulduzlar" teatrında korifey sənətkarlarla
hazırladığı teatr tamaşaları onun bir rejissor
olaraq qəlbinin istəyi idisə, gimnaziyada
işləməyi gün-güzəran çətinliklərindən
irəli gəlirdi.
Teatrşünas alim
İlham Rəhimli dedi ki, bu qocaman sənət fədaisinin
hərdən siqaret almağa belə pulu olmurdu:
"Ürək ağrıdan odur ki, sənətə
yananlarla, sənətdə artistlik edənləri
qarışdırırıq. Məmmədkamal Kazımov
sənətdə məsuliyyətli olduğu qədər
də ciddi və ləyaqətli idi. O, istedadsızlar
içində öz ləyaqətini saxlaya bildi, qorudu -
haqqını almadan da getdi". Bu sözləri də İlham
müəllim dilə gətirdi.
Kinoşünas Aydın
Kazımov Məmmədkamal Kazımovun çəkildiyi
filmlərin adlarını bir-bir sadaladı. Elmira xanım
Şabanova "Sönməz uiduzlar"da "Vaqif"
dramını tamaşaya qoyarkən rejissorun 55 yaşlı
xanıma Xuraman rolunu həvalə etdiyini xatırladı.
Əliheydər Şahbazov, Həmidə xanım
Ömərova, Kübra xanım Dadaşova, Ötkəm
İsgəndərov ürəkdolusu xatirələrini
çözələsələr də, Məmmədkamal müəllimi
yaddaşlarda canlı edən onun ekrandan zala boylanan
kadr-obrazları oldu. "Bir cənub şəhərində",
"Yol əhvalatı", "Qətl günü",
"O dünyadan salam", "Ümid", "Mənim
ağ şəhərim", "Şahid qız",
"Güllələnmə təxirə salınır",
"Qara volqa", "Ad günü", "Bakının işıqları",
"Fətəli xan". Sadaladığım bu
filmlərdə Məmmədkamal Kazımov rollar ifa edib. Onun
üçün rolun böyüyü-kiçiyi yox idi.
Heç rejissorluğu ilə də bəziləri kimi rejissor
iddia-təkəbbürünü yaxına buraxmırdı.
Sadədən də sadə idi.
76 illik
ömrünün 61 ilini Azərbaycan teatr və kinosuna
həsr edən Məmrnədkamal Kazımov, burada
deyildiyindən də sadə və böyük insan idi.
Mədəniyyət.- 2008.- 17 aprel.- S. 4.