Qaliboğlu E.
Gülüş
sağlam olmalıdır
Həsən
Cəbrayıllı: "Ciddi gülüş yaratmaq
üçün çox əziyyət çəkmək
lazımdır
Rəhman Rəhmanov: "Söz xətrinə
gülüş tamamilə mənasızlıq yaradır"
Hər il
aprelin 1-i bütün dünyada Beynəlxalq Gülüş
Günü kimi qeyd olunur. Amma təəssüf ki, bu beynəlxalqlaşmalar çox zaman insaniliyin mahiyyətini ifadə etmir, milli ölçülərə
ziyan verir. Bəşərin həqiqətə yad, yabançı nəsnələrə gülmək
ənənəsinin yaşı
qədim olsa da, hələ də davamlı, ciddi gülüşü formalaşmayıb. Çox
zaman insanların gülüşü gerçəklik
səviyyəsini aşa,
sabaha gərəkli ola bilmir. Bu da hər
şeydən əvvəl
insanların daxilən
köklənməməsi, insani
imkanlarını aşkarlamaması,
böyük mənada
halına yiyəlik duyğusunun yaranmaması ilə bağlıdır.
Hər halda
bəşərin minillərdən bəri gülüş kimi
ruhsallıq nişanəsinə, mənəviliyə qanad ola
biləcək imkanı bu və ya digər
dərəcədə incəsənətin müvafiq
janrlarında ifadəsini tapıb. Amma teatrda eybəcərliyə
gülən tamaşaçı
zaldan çıxan kimi yenə də öz adi həyat tərzini başının
üstə bayraq kimi qaldırırsa, o zaman gülüşün
insanı yetkinləşdirməsindən
danışmaq olmur. Rəssamlıqda, xüsusən
də karikatura sənətində eybəcərliyə
gülüş ifrat həddə ifadəsini tapıb, indi də belə nümunələr yaranır.
Di gəl ki, tamaşaçı özündə ciddi köklənmək, eybəcərliklərdən
islah olunmaq üçün güc tapa bilmir. Bunun əsas
səbəbi sənətin
büsbütün insaniliyin
tələblərinə köklənə
bilməməsidir. Əgər
tamaşaçı sənətkarın
şəxsiyyəti ilə
onun sənətinin insani, uca tələbləri
arasında təzad, ya uçurum görürsə, belədə
şübhəsiz, gülüşün də insani, tərbiyəvi əhəmiyyətinə zərbə dəyir.
Əsil gülüş
insanın istənilən
vəziyyətlərdə nikbin
qalmasına yardımçı
olur, onu naşı, hərcayi gülüşlərdən qoruyur.
Özünə müəyyən
mənada sahib olan insan əslində
sənətdəki ciddi
məqamları ağlına,
ürəyinə yığır,
onları daxilində böyüdür, artırır.
Zamanımız həmişə
olduğu kimi yenə də təlatümlər, çırpıntılar
içərisindədir. Ümumiyyətlə,
insanın özünü
təsdiq etməsi üçün heç vaxt yaxşı zaman olmayıb. Yaxşı zamanı insan özü hünəri ilə yaradır. Deyirlər ki, indi hərcayi
gülüşlərin, qeyri-ciddi
məqamların artmasının
səbəbi zamandır.
O zaman sual yaranır:
bu pis zamanı
yaradan insan deyilmi?
Gülüşün mahiyyətcə ciddiliyindən,
onun insanı ifadə etməsi gərəkliyindən danışırıq.
Əslində insan daxilən
köklənəndə onda
heç tez-tez gülmək tələbatı
da yaranmır. Gülüşdə bir sövqi-təbiilik, gözlənilməzlik
halı da var.
Parodiyaçı Həsən
Cəbrayıllı bu
qənaətdədir ki,
ciddi gülüş insanı düşündürür,
əxlaqı təmizləyir,
mənəviyyata qüvvət
verir: "Mən Arkadi Raykindən çox bəhrələnmişəm.
Onu ciddi yumorist hesab edirəm. Belə bir qənaət var ki, gülüş
çox ciddi bir işdir. Yoxsa yumorist fikirləşə
ki, küçə səviyyəsi ilə insanları güldürəcəyəm;
bu, adi, məzmunsuz hərəkətdir.
Gərək yumorçu aşağı
səviyyəlilərin halını
qaldırsın, onları
ciddi gülüşlə
islah eləsin, amma ki, onların
səviyyəsinə düşməsin.
Təəssüf ki, indi peşəkar sayılan yumorçular belə aşağı səviyyəli
gülüş yaratmağa
üstünlük verirlər.
Fikirləşirlər ki, əgər
belə etsələr,
o zaman daha çox tamaşaçı
cəlb edəcəklər.
Təbii
ki, əsil, ciddi gülüş yaratmaq üçün çox əziyyət çəkmək lazımdır.
Adi gülüş yaratmağa nə var ki,?
Yaşadığımız çağda adamlarda
rast gəldiyimiz çatışmazlıqlar çox
zaman hər birimizdə təbii olaraq acı gülüş doğurur.
Yumorçu bu vəziyyətdə
çox məharətli
olmalı, kinayəli gülüşdən istifadə
etməlidir. Sovet dövründə
varlanmaq ehtirası ilə yaşayanlar, rüşvətxorlar bu yolla tənqid edilirdi, cəmiyyətdə
onlara qarşı tənqidi gülüş
yaradan münasibət
formalaşdırılırdı. İndi özümüz gəlib yenə kapitalizm dövrünə çıxmışıq.
Nə qədər qəribə səslənsə də, insafla, sosializmdə müəllimə, məktəbə
hörmət vardı.
O dövrdə indiki kimi sənət adamları açıq-aşkar
biri-birinin ardınca qeybət etmirdilər, bundan şöhrət qazanmaq üçün yararlanmırdılar. İndiki belə
münasibətlərdən tamaşaçı nə
götürə bilər?
Tanınmış müğənnilərdən eşitmədim ki, biri-birləri haqqında sayğısız söz desinlər, qəbahətli
məqama yol versinlər. O dövrün
estradası da indikindən çox ciddi idi. Gülüş sağlam olmalıdır.
Mən insanların ələ salınmasının, dolanmasının
əleyhinəyəm. Səhnədə parodiyaçı bu mənada çox ehtiyatlı olmalıdır. Xüsusən etniklərə münasibətdə
çalışıram ləhcələrindən
istifadə edərək
onlara məxsus gülüşü təzədən
dirçəldim, hamınınkı
eləyim. Bu danışıqları eşidən
kimi ləhcənin təsiridir, nədir, o saat ürəyin açılır".
Teatr sənətinin bu gün ciddi,
düşündürücü gülüşdən uzaqlaşmasının
əsas səbəbini
H.Cəbrayıllı bu
mövzuda səhnə
əsərlərinin yazılmamasında
görür: "Mən
parodiyaçıyam və
bu sənətin öz qaydaları var. Görürsən, indi çoxu tamamilə mental qaydalara zidd hərəkətlər etməklə
tamaşaçını güldürməyə
üstünlük verir,
hətta söyüşlərə
keçir. Mərhum sənətkarlar Əliağa Ağayevlə
Fazil Salayevin vaxtilə oynadıqları
məşhur səhnəciyi
xatırlayaq. Adam baxdıqca yenə də baxmaq istəyir. İndi belə aktyorlar
varmı? "Məşədi
İbad" filminə,
"Arşın mal alan"a nə qədər baxmışıq?
Klassik tamaşalarımızda bircə
bayağı məqam
tapmaq olmaz. Çünki bu tamaşalar
xalqın zövqünün
süzgəcindən keçib,
beləcə formalaşıb.
Yoxsa indi nə oldu
danış, təki gülüş olsun; bu, olmaz. Meyxanada da bayağılıq çox artıb, indi hamı meyxana deyir. Bu janrı da
pis günə qoydular. İndi qafiyə, tamaşaçını
güldürmək xatirinə
rusca, ingiliscə kəlmələr işlədirlər.
Nə bilim, "iynəni belə vurdun", "nəşəni belə çəkdin"; bu onu, o bunu söyür.
Qabaqlar meyxanaçılavr bilirdilər
ki, nəyi danışmaq olar, nəyi olmaz.
Bu gün parodiya və satira üçün estrada
teatrımız demək
olar, yoxdur. Parodiyalarımı həmişə özüm yazmışam.
Bu sahədə qələm çalmış
adamların yazdıqlarını
oxumuşam. Səhnədə hər şeyi demək olmaz. Dəfələrlə keçmiş postsovet
məkanında keçirilmiş
tədbirlərdə iştirak
etmişəm. Ruslarda
estrada teatrları
çoxdur, bu sahə onlarda yaxşı inkişaf edib. Özü də bol tamaşaçıları var."
Görəsən, bu gün cəmiyyətdə ciddi gülüşün olması
üçün nə
lazımdır? N.Cəbrayıllı
deyir ki, bundan ötrü konsertlər olmalıdır:
"Sənətə təsadüfi
adamlar çox gəlib. Estradaya gəlirlər, baxırsan,
bir aydan sonra bahalı maşınlar sürürlər.
Bu gün yumor
bizdə demək olar, yoxdur. Bu gün nəsə,
gülüşün dadı-duzu
da itib. Rus mətbuatında elə yumorlar verirlər ki, adam tərcümə
etməyə xəcalət
çəkir".
Dövlət Gənclər
Teatrının baş
rejissoru, dramaturq Rəhman Rəhmanov da ciddi gülüşün
tərəfdarıdır: "Hırıltılı gülüş
millətin ziyanınadır.
Ciddi gülüşün mayası
kitabdan
gəlir. Ciddi düşünəndə
ciddi də gülüş yaranır.
Belə gülüş cəmiyyətin
sağlamlaşdırılmasına xidmət edir. Gülüş təhqir etməməlidir,
insanı alçaltmamalıdır.
Millətin də nöqsanlarına
elə gülmək lazımdır ki, onun hissiyyatına toxunmayasan. Əsil gülüş insana
həmin hərəkətin
düzgün olmadığını
başa salmağı
bacarmalıdır. İndiki tamaşalara,
şoulara baxırsan,
orada gülüş islah eləməkdənsə,
tamaşaçının tərbiyəsini
daha da korlayır.
Lağlağılıq cəmiyyətin halını
daha da pozur.
Əsl peşəkar gülüş
başqa şeydir.
Söz xətrinə gülüş
tamamilə mənasızlıq
yaradır. Molla Nəsrəddin
lətifələri tamamilə
ciddilik ifadə edir".
Xalq cəbhəsi.- 2008.- 1 aprel.- S. 14.