Rəhimli R.
Ümummilli lider Heydər Əliyev teatr sənətini əsl teatr bilicisi kimi təcəssüm
etdirərək demişdir:
"Teatr müqəddəs
yerdir, tərbiyə ocağıdır. Orada
çalışanlar fədakardırlar,
fədaidirlər. Teatr
xadimləri tamaşaçıya
bir söz demək üçün,
onu irəliləyişimizə
mane olanlara qarşı mübarizəyə
qaldırmaq üçün
nə qədər çalışırlar. Heç
kim bilmir ki, aktyor səhnəyə
çıxıb rolu
tamaşaçı qarşısında
oynadığı vaxta
kimi nə qədər həyəcan,
sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir". Böyük dühası
ilə ağıllı
zəkaları belə
heyrətə salan ulu öndər Heydər Əliyevin bu dahiyanə fikirlərinin, böyük
sənət sevgisinin kontekstində xalq artisti, prezident təqaüdçüsü, 70 yaşlı Rafiq Əzimovu bu gün canlı korifey, teatr və kino sənətinin
görkəmli nümayəndəsi saya bilərik. O, hər obrazına məsuliyyətlə
yanaşmış, böyük
zəhmət hesabına
tamaşaçı sevgisi
qazanmışdır. Rafiq
Əzimovun ünvanına
ilk böyük uğur sənətə gəldiyi ilk illərdə çəkildiyi
"Yeddi oğul istərəm" filmində
yaratdığı Şahsuvar
obrazına görə
yazılmışdır. Bu
onu çox məsuliyyət və səylə işləməyə
həvəsləndirmişdir.
Akademik Milli Dram Teatrının
səhnəsində yaratdığı
Frans Fokt (M.F.Axundov, "Xırs-quldurbasan"), Marin Miroyu (M.Sebastian, "Adsız ulduz"), Xacə Mərcan (M.S.Ordubadi, "Qılınc
və qələm"),
Həmzad Qurban (C.Məmmədquluzadə, "Dəli
yığıncağı"), Karandışev (N.Ostrovski,
"Cehizsiz qız"),
Ağayi Möhtəşəm
(İ.Əfəndiyev, "Şeyx Xiyabani"), televiziyada yaratdığı
Əli paşa (H.Cavid, "Topal Teymur"), Şükür
bəy (B.Vahabzadə,
"Kimdir haqlı?"),
Səxavət (İ.Əfəndiyev, "Mənim günahım"),
"Azərbaycanfilm" kinostudiyasında
yaratdığı Sadıq
("Ömrün ilk günü"), müstəntiq
Hüseynov ("Arxadan
vurulan zərbə"),
Qaqaş dayı
("1001-ci qastrol") obrazları
ona dünyanın ən ümdə dəyərlərindən birini
- xalqın sevgisini bağışlamışdır. Onun intellektual səviyyəsini,
həyati modelin səhnə gerçəkliyinə
çevrilməsi yolunda
çəkdiyi əziyyətləri,
yaradıcılıq prosesində
elmi və təcrübi axtarışlarını
görüb anlamışam
ki, o özünü
sənətdə deyil,
sənəti özündə
tapan sənətkardır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan incəsənətinin intibahının
yaranmasında, teatr sənətinin inkişaf etdirilməsində, incəsənət
xadimlərinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasında müstəsna xidmətləri
olmuşdur. Ümummilli
liderlə hər bir görüş incəsənət xadimləri
üçün bayrama
çevrilirdi. Ulu öndər onun iştirak etdiyi C.Cabbarlının "Aydın",
B.Vahabzadənin "Özümüzü
kəsən qılınc",
N.Xəzrinin "Burla
Xatun" tamaşalarına
baxmış, aktyorlarla
fikir mübadiləsi etmişdir. Rafiq Əzimov deyir:
- 1991-ci ildə teatrımızla
Naxçıvanda qastrolda
olarkən Heydər Əliyev bizim dəvətimizi qəbul edərək tamaşamıza
baxdı. Düz iki saat yarım
teatrımızın tarixi
inkişaf dövrünü,
tamaşalarımızı təhlil etdi. Hamımız heyrət içində idik. Teatr tarixçisi, teatrşünas olmadan bütün bunları hafizədə necə saxlamaq və aktyor oyununun sirli aləmini nə qədər dərindən duymaq olar! Tamaşaya bir dəfə baxmaqla ən yaxşı teatrşünasdan
gözəl fikirlər
deməsi bir daha sübut etdi ki, Heydər
Əliyev qeyri-adi şəxsiyyət idi.
Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin
teatra gəlişi böyük bayrama çevrilirdi. Onu da qeyd edək ki, dünya
ədəbiyyatını, teatr
sənətinin incəliklərini
yaxşı bilən,
dünyanın şahanə
teatrlarında şahanə
tamaşalara baxan, dünyanın nəhəng
aktyorlarını tanıyan
bir şəxsiyyətin,
həm də ölkə rəhbərinin
qarşısında oynamaq,
obraz yaratmaq çox çətin imtahan idi. Bununla bağlı R.Əzimov deyir:
- Sözsüz ki, çox böyük həyəcan keçirirdik.
Lakin səhnədə
hər bir aktyora sanki yeni
ilham gəlirdi. Bizim hər birimiz dərk edirdik ki, ulu
öndər yaxşı
işimizi yüksək
qiymətləndirəcək. Heydər Əliyev bilirdi ki, Akademik
Teatrda hər şey akademik səviyyədə olmalıdır.
Ona görə də qayğımızı
çəkirdi, bizi fəxri adlarla, mükafatlarla, təqaüdlərlə,
yeni mənzillərlə
sevindirirdi. Biz aktyorlar da dövlət
başçısının bu diqqətini görüb daha da ruhlanır, Azərbaycan incəsənətinin
gələcəyi naminə
fəal olurduq.
Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev incəsənət xadimlərindən
diqqətini, sevgi və qayğısını
əsirgəmir. Rafiq Əzimovun ev şəraiti yox idi, həyat yoldaşı ilə birotaqlı mənzildə
yaşayırdı. Ölkə
Prezidenti tərəfindən
Əzimovlar ailəsinə
şəhərdə üçotaqlı
mənzilin hədiyyə
edilməsi Rafiq müəllimi yenidən ruhlandırdı.
Ulu öndər deyirdi: "Sənət daim inkişaf etməlidir. Bunu unutmaq olmaz. Mən mədəniyyətin,
o cümlədən, teatrın inkişafı üçün daxili bir məhəbbətlə
çalışdığım kimi, həm də güclü məsuliyyət hiss edərdim. Sənətkarlıq,
aktyorluq Allah vergisi olduğu kimi, ona obyektiv
qiymət verməyi, xeyirxahlıqla yanaşmağı
bacarmaq da Allah vergisidir". Ulu öndər, sözün həqiqi mənasında, Azərbaycan mədəniyyətinin
xidmətində dayandı
və sənət adamları bu ilahi xoşbəxtliyin onlara nəsib olduğunu görüb səy və bacarıqlarını, istedad
və imkanlarını
səhnə sənətinin
inkişafına həsr
etdilər. Edirlər
də! Onların öncül cərgəsində
dayananlardan biri kimi Rafiq Əzimov
həmişə çox
yaxşı dərk edib ki, aktyor
müəllif və rejissorun istəklərinin
səhnə tablosunu çəkən rəssamdır.
O, obrazlarının daxili
vizuallığını yaratmağı
bacarmalıdır. Rafiq
Əzimov bu bacarığının hesabınadır
ki, həm tamaşaçı sevgisini
qazanmış, həm
də dövlət qayğısı ilə əhatə olunmuşdur.
Azərbaycan.- 2008.- 18 aprel.- S. 7.