Təranə
Akademik Milli Dram Teatrı
Kazandan qayıdıb
Mədəniyyət və Turizm Nazirliyi ilə Tatarıstan Respublikası
Mədəniyyət Nazirliyi
arasında imzalanan mədəni əməkdaşlıq
üzrə Tədbirlər
Planına əsasən,
Akademik Milli Dram Teatrı Kazanda qastrol səfərində olub. Aprel ayının 16-dan 22-dək davam edən səfərdə teatrın
direktoru Maqbet Bünyatovun rəhbərliyi
ilə 40 nəfərlik
heyət iştirak edib. Teatrın mətbuat xidmətindən
verilən məlumatda
bildirilir ki, Tatarıstan tamaşaçılarına
Bəhram Osmanovun quruluşunda Elçinin
"Arılar arasında"
və Əli Əmirlinin "Mesenat"
tamaşaları nümayiş
etdirilib. Baş rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Şükufə
Yusupova, Firəngiz Mütəllimova, İlham
Əsgərov, Əməkdar
artistlər Cəfər
Namiq Kamal, Kazım Abdullayev, Elxan Quliyev və
b. ifa ediblər. Hər iki tamaşa böyük rəğbətlə
qarşılanıb. Kollektivlə
görüş zamanı
baş nazirin müavini və mədəniyyət naziri Z.Valeyeva, eləcə də Tatarıstan prezidentinin beynəlxalq məsələlər üzrə
dövlət müşaviri
T.Akulov, Ümumdünya
Tatar Konqresinin sədri
R.Zakirov öz təşəkkür məktublarında
bu qastrol səfərini iki qardaş ölkə arasındakı mədəni
əlaqələrin inkişafında
olan mühüm addım
kimi dəyərləndiriblər.
Milli Teatr fəxri fərman və dəyərli mükafatlarla
təltif olunub.
Bundan əlavə,
Q.Kamal adına
Tatar Akademik Teatrı ilə Akademik Milli Dram Teatrımız arasında qarşılıqlı
əməkdaşlıq barədə
danışıqlar aparılıb.
Kaspi.- 2008.- 24 aprel.-
S. 15.