Kamal Xudaverdiyev dünyasını dəyişdi
Xalq artisti
Kamal Ağahüseyn
oğlu Xudaverdiyev
dünyasının dəyişib. Yaratdığı obrazları ilə yaddaşlarda əbədiyaşarlıq qazanan aktyor Kamal Xudaverdiyev 1965-ci ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya işə götürülüb. O, bu teatrda "Orlean qızı"nda Raul (Fridrix Şiller), "Yalan"da Fərman
(Sabit Rəhman), "Söz yarası"nda Lətif
(Qeybulla Rəsulov), "Hamlet"də Layert (Vilyam Şekspir), "Almaz"da İbad (Cəfər Cabbarlı), "Xurşidbanu
Natəvan"da Knyaz
(İ.Əfəndiyev),
"Kral Lir"də Kral Lir
(V.Şekspir), "Şah
Edip"də Şah Edip, (Sofokl), "Ah Paris.. Paris..."də süpürgəçi (Elçin) kimi rolları yaradıb. Kamal Xudaverdiyev, həmçinin, müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında "İstintaq davam edir" (Çingizov), "Sonuncu
müsahibə"
(Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron"
(Əli), "Üzü
küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən"
(Ata), "Oteldə bir otaq"
(Alim), "Dədə Qorqud" (Ata) filmlərində
də fərqli obrazlar yaradıb. Xatırladaq ki, aktyor
Rusiyada N.Bloxin adına Onkologiya
Elmi-Tədqiqat Mərkəzində
ürəyində iki dəfə cərrahi əmliyyat
keçirib. Aktyor adıçəkilən xəstəxanada 2007-ci ilin yanvar ayında tac arteriyasının aterosklerozu diaqnozu ilə müalicə edilib. Kamal Xudaverdiyev əməkdar
artist, xalq artisti fəxri adları ilə təltif edilmişdir. Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin.
Səs.- 2008.- 24 aprel.- S. 12.