Xəlilzadə F.
Və yaxud da görmək istədiyimiz
Koroğlu
Üzeyir
Hacıbəyovun ən monumental və görkəmli
əsərlərindən olan "Koroğlu" operası
dahi bəstəkarın yaradıcılığında
kulminasiya mərhələsinin başlanğıcını
qoydu. Beş pərdədən
ibarət olan librettonun müəllifləri
H.İsmayılov və
M.S.Ordubadidir. Operanın
ilk tamaşası
1937-ci il aprelin 30-da olmuşdur. Koroğlu rolunda Bülbül, Nigar rolunda isə
G.İsgəndərova iştirak
etmişlər.
Maraqlıdır ki, repressiyaların tüğyan
etdiyi bir dövrdə - 1937-ci ildə
milli ruhu təcəssüm etdirən
bir operanın nümayiş etdirilməsi
əslində qeyri-adi
hadisə idi. Klassik opera formaları
ilə milliliyi birləşdirib yeniliyə
nail olmaq Üzeyir Hacıbəyovun
istedadından, xalqına,
onun şifahi ədəbiyyatına, folkloruna,
bir sözlə, soy-kökə bağlılığından xəbər
verirdi. Həqiqətlərlə
müəmmaların yanaşı
yaşadığı bir
dövrdə səhnəyə
xalq qəhrəmanı
çıxartmaq müxtəlif
təqiblərdən, redaktələrdən,
diktələrdən və
üstüörtülü məqamlardan keçməyi
tələb edirdi. Üzeyir Hacıbəyov yaşadığı mühitin
qanunlarına bələd
olsa da, onun üçün qurulmuş torları məharətlə qırıb
parçaladı.
"Koroğlu"nun
Bakıdan başlanan həyatı həqiqətən
uğurlu oldu. Tezliklə onun sorağı başqa müttəfiq respublikaların
səhnələrindən gəldi.
Növbəti səfər
isə keçmiş
SSRİ-nin paytaxtı
idi. İndi "Koroğlu"nun Moskva səfərindən
70 il keçir.
1938-ci ilin aprelində
Moskvada Azərbaycan incəsənətinin birinci
ongünlüyü keçirilirdi.
Həmin günlərdə
"Koroğlu" moskvalı
sənətsevərlərin ürəklərini fəth
etdi. O dövr mətbuatında "Koroğlu"
"çoxmillətli sovet
mədəniyyətinin nailiyyəti"
kimi dəyərləndirildi.
Dünya şöhrətli
bəstəkarlar bu opera haqqında qiymətli fikirlər söyləyirdilər. Xüsusilə
də Koroğlunun ifaçısı Bülbül
öz məlahətli
səsi, təsirli sənəti ilə həm musiqiçiləri,
həm də tamaşaçıları məftun
etmişdi.
Moskva ongünlüyündə
"Koroğlu" operası
misilsiz uğur qazandı. Bu günlərin xoş sədaları hər yerə yayıldı. Bununla da "Koroğlu" operasının
dünya şöhrəti
başladı və uğurla davam etdi. Azərbaycanlı sənətçilərin Moskvadakı
uğurları müxtəlif
orden və medallarla qiymətləndirildi.
Həmin vaxt Bülbül SSRİ xalq artisti adına layiq görüldü,
"Şərəf nişanı"
ordeni ilə təltif olundu.
Azərbaycan bəstəkarının
xalq qəhrəmanı
Koroğluya verdiyi musiqili ömür əbədiyyət qazandı.
Hər nümayişi
fərəhlə qarşılanır,
yaradıcı kollektivə
yeni-yeni sevinclər gətirirdi. Bu operaya görə Üzeyir Hacıbəyov
1941-ci ildə Stalin mükafatına layiq görülüb.
Bülbüldən sonra
Koroğlunu səhnədə
xalq artisti Lütfiyar İmanov özünəməxsus yozumda
canlandırdı. Mütəxəssislər
yazırlar ki, Lütfiyar İmanovun Koroğlusu da maraqlı və yaddaqalan olub. Təəssüf ki, sonradan böyük musiqi əsərlərinin
möhtəşəm abidəsi
sayılan "Koroğlu"ya bir qədər
sanki ögey münasibət bəslənilib.
Xeyli müddət səhnə
"Koroğlu"suz
qaldı. Halbuki üzləşdiyimiz müharibə
şəraitində, Azərbaycanın
20 faiz torpaqlarının
işğalı faciəsini
yaşadığımız məqamlarda xalq qəhrəmanının rəşadətini
tərənnüm edən
əsərlərə daha
böyük ehtiyac var. Eyni zamanda gənclər "Koroğlu" operası haqqında yalnız tədqiqatlarda oxumalı deyil. Sözlə səsin ünsiyyəti çox təsirli olur. Bu gün
bizim qəhrəmanlıqla
dolu keçmişimizin
əksi olan hər bir kiçik
süjetə, tamaşaya,
operaya baxmağa mənəvi tələbatımız
var. Biz babalarımızdan öyrənməli
və götürməliyik.
Azərbaycan.- 2008.- 13
aprel.- S. 5.