Qafarova Z.
"Xeyir və Şər" baleti Opera və Balet Teatrının səhnəsində
Görkəmli Azərbaycan bəstəkarı
Tofiq Bakıxanov xalqımızın mədəniyyəti
tarixində özünə
layiqli yerlərdən
birini tutur. Yaradıcılığa
50-ci illərin sonu
60-cı illərin əvvəllərində
başlamış T.Bakıxanovun
əsərləri respublikamızın
hüdudlarından uzaqlarda
böyük şöhrət
qazanmışdır.
O, həmişə
xalqın həyatı
ilə ayaqlaşır,
öz əsərlərində
müasir gerçəkliyi
ona xas olan
forma, obraz və rənglərdə ifadə
etməyə çalışır.
Onu da yada salaq
ki, T.Bakıxanov öz zəngin bəstəkarlıq yaradıcılığı
ilə ulu babaları kimi (Abasqulu Ağa Bakıxanov, Əhmədağa
Bakıxanov) xalqına
xidmət etmiş və ona daim
şərəf gətirmişdir. T.Bakıxanovun əsərləri Fransada,
Lüksemburqda, Monakoda,
Bolqarıstanda, Rumıniyada,
habelə keçmiş
SSRİ-nin bır çox şəhərlərində
səslənmişdir. Bəstəkar Türkiyədə,
İranda, Şimali Kipr və başqa
ölkələrdə yaradıcılıq
ezamiyyətində olmuşdur.
T.Bakıxanov müxtəlif janrlarda yazılan əsərlərin
müəllifidir. O musiqinin, demək olar ki, bütün janrlarına müraciət
etmiş və əsərləri nəinki
Azərbaycanda, eləcə
də bir çox ölkələrin
səhnələrində nümayış
etdirilmiş, yüksək
nailiyyət qazanmışdır.
Belə ki, bəstəkar 8 simfoniya, 5
simfonik poema, 5 simfonik muğam ("Nəva", "Şahnaz",
"Rahab", "Humayun",
"Dügah"), 26 müxtəlif
alətlər üçün
yazılan konsertin, kamera ansamblı üçün yazılmış
irihəcmli əsərlərin,
100-dən artıq mahnı
və romansın, eləcə də bəstəkar N.Məmmədovla
birlikdə 3 muşiqili
komediyanın müəllifidir.
T.Bakıxanovun çoxşaxəli yaradıcılığının
dəyərli hissəsini
müxtəlif dövrlərdə
yazılan 3 baleti təşkil edir. Bəstəkarın
ilk baleti əmək qəhrəmanlarına həsr
olunmuş birpərdəli
"Xəzər balladası"nın premyerası
1968-ci ildə M.F.Axundov
adına Azərbaycan Dövlət Akademik Ope-ra və Balet Teatrının səhnəsində olmuşdu.
Bu əsər həmçinin Gəncə,
Moskva, Sankt-Peterburq, Kiyev, Kislovodsk şəhərlərində oynanılmış,
Parisdə keçirilən
VII Beynəlxalq rəqs
festivalında (1969) "Şan-Elize"
teatrında numayiş
etdirilmişdir. "Xəzər balladası",
eləcə də Fransada, Lüksemburqda və Monakoda göstərilmişdir.
"Xəzər
balladası"nın
müvəffəqiyyətlərindən ruhlanan T.Bakıxanov rus şairi Sergey Yeseninin "
Bu yaxınlarda M.F.Axundov adına
Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsində
Tofiq Bakıxanovun
"Xeyir və Şər" baletinin premyerası olmuşdur.
Bu balet Nizaminin "Xəmsə"si
əsasında yazılmışdır.
Musiqişünaslığımızda dahi Ü.Hacıbəyovun "Sənsiz"
və "Sevgili canan" qəzəl-romanslarından
başlayan Nizami mövzuları F.Əmirovun
"Nizami" simfoniyasında,
Qara Qarayevin "Leyli və Məcnun"
simfonik poemasında,
"Yeddi qözəl"
baletində və başqa əsərlərdə
öz təfsirini tapmışdır.
T.Bakıxanovun "Xeyir və Şər"
baleti Nizaminin 850 illiyinə həsr olunmuş müsabiqədə
digər Azərbaycan bəstəkarlarının əsərləri
ilə yanaşı mükafata layiq görülmüşdür.
Bir faktı
da yada salmaq
istərdim ki, Bakı şəhər ictimaiyyəti T.Bakıxanovla
ilk dəfə skripkaçı-solist
kimi
Budur, 50 ildən sonra T.Bakıxanov bir bəstəkar kimi Nizaminin 850 illiyinə birpərdəli balet yazır.
Onu da qeyd edək
ki, "Xeyir və Şər" baletinin musiqisi ilk dəfə 1992-cı ildə
keçirilən Azərbaycan
bəstəkarlarının plenumunda İsmayıl Hacıyevin dirijorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasında
simfonik orkestr tərəfindən ifa olunmuşdur.
Maraqlıdır ki, əsər ilk dəfə
M.F.Axundov adına
Azərbaycan Dövlət
Opera və Balet Teatrında dinlənilib və qəbul olunmuşdu.
Sonra nədənsə
tamaşa bu böyük səhnədə
deyil, konservatoriyanın
Şövkət Məmmədova
adına opera studiyasında öz səhnə təcəssümünü
tapdı. Tamaşada isə professional balet ustaları deyil, əsas etibarilə xoreoqrafik məktəbin tələbələri
iştirak etmişdilər.
Sevindirici haldır
ki, T.Bakıxanovun
"Xeyir və Şər" baleti, nəhayət, M.F.Axundov adına Opera və Balet Teatrının
səhnəsində öz təcəssümünü
gördü.
Sözsüz ki,
T.Bakıxanovun "Xeyir və Şər" baleti Nizami
dühasının musiqidə təfsirinə aid gözəl
nümunələrdən biridir.
"Xeyir və
Şər" baletinin yeni quruluşunun tamaşaya
qoyulması T.Bakıxanovla birlikdə libretto müəllifi
və quruluşçu baletmeyster, Azərbaycan Respublikasının
xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Tamilla
Şirəliyevanın əsərin yeni redaksiyasını
hazırlayaraq tamaşaçılara müasir tərzdə
təqdim etməsi təqdirəlayiqdir.
Əvvəla, baletin
librettosunun ilk variantında olan bir neçə surət ixtisar
edilmiş və əsasən diqqət Nizami ideyasının
ümumi şəkildə açılıb göstərilməsinə
istiqamətləndirilmişdir.
Demək olar ki, bu
baletdə də T.Bakıxanov o biri
əsərlərdəkı kimi
yaradıcılığına xas olan prinsiplərə
əsaslanır.
Belə ki,
yaradıcılıq üslubunun yüksək professional
səviyyəsini nümayiş etdirərək baletin musiqi dili
xalq musiqi mənbələrindən
bəhrələnərək klassik musiqi qanunları ilə
müasir ifadə vasitələrinin vəhdətindən
meydana gəlmişdir.
Tofiq Bakıxanovun
yaratdığı əsərin səhnədə öz
lazımi təcəssümünü tapması, əlbəttə,
teatrın yaradıcı kollektivinin
müvəffəqiyyətidir. Bəstəkar və
baletmeysterlə yanaşı bu əsər musiqi rəhbəri
və dirijor, xalq artisti Cavanşir Cəfərov,
quruluşçu rəssam, Azərbaycan respublikasının
əməkdar rəssamı T.Tahirov, balet truppasının,
ümumiyyətlə, işçi qüvvənin teatrın
direktoru Akif Məlikovla birlikdə
çalışqanlığının uğurlu
nəticəsidir.
Onu da qeyd
etməliyəm ki, teatr kollektivinin səyi
nəticəsində yaranan "Xeyir və Şər"
baleti tamaşaçılar, musiqisevərlər
üçün böyük bir töhfədir.
Bundan başqa, gənc
nəslin tərbiyəsi və zövqlərinin artmasında
belə əsərlərin böyük əhəmiyyəti
vardır.
Respublika.- 2008.- 17 aprel.- S. 7.